Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda lombarda silahlı basqın edildi: 10 min manat pul və 30 milnik qızıl aparıldı

2019-07/1564506393_maska_ogru_854.jpg

KRİMİNAL

1697

30.07.2019, 21:05

\"\" İyulun 29-u saat 10:45-də Bakının Xətai rayonunda lombarda basqın olub.
Bu barədə Xətai Rayon Polis İdarəsindən məlumat veriblər. İş maskası geyinmiş iki naməlum kişi Babək prospekti, 76 saylı binada yerləşən lombarda girib.
Lombardın 1957-ci il təvəllüdlü sahibəsi Leyla Əliyeva iddia edir ki, cinayətkarların silahı olub. Onlardan biri silahla qadının başına zərbə endirib. Quldurlar lombarddan 10 min manat və dəyəri 30 min manat olan qızıl məmulatları götürüblər. Oxu24.com oxu.az-a istinadən bildirir ki, faktla bağlı Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) üzrə cinayət işi qaldırılıb. Şübhəlilərin saxlanılması istiqamətində iş aparılır