ABB səhmdarlarına 200 mln. manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
16 Aprel 2026, 11:03
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
841
16.01.2026, 15:53
Böyük Britaniyanın xarici işlər naziri İvett Kuper bildirib ki, Böyük Britaniya Fransa və İtaliya ilə Avropanın Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqları bərpa etməsi məsələsində kompromis əldə edə bilməyib:”Düşünürəm ki, Putinin həqiqətən sülh istədiyinə dair dəlillərə ehtiyacımız var və hazırda mən bunu görmürəm”.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Oxu24.com-a kompromisin əldə olunmamasının bir neçə səbəbindən danışdı. O bildirdi ki, Rusiya Ukraynaya qarşı apardığı işğalçı müharibəyə qarşı Ukraynaya dəstək olan Qərb ölkələrini dəfələrlə hədələyib.
"2024-cü ildə Rusiya Prezidenti Vladimir Putin Qostinı Dvorda Federal Məclisə müraciətində bunu qabarıq şəkildə aşıqladı . Rusiya lideri dedi ki, onlar sonda başa düşməlidirlər ki, bizim də silahlarımız var və onlar bunu bilirlər, indi mən dedim: bizim də onların ərazisindəki hədəfləri vura bilən silahlarımız var”
Putin xəbərdarlığında onu da qeyd etdi ki, Qərb liderlərinin hərəkətləri və bəyanatları nüvə silahından istifadə ilə münaqişə və buna görə də sivilizasiyanın məhvi ilə təhdid edir.
Ötən il isə Kremlin danışan dili adını almış, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Rusiya xarici işlər naziri Sergey Lavrov ilin son müsahibəsində də hədələyici tonundan imtina etmədi. Hazırda XİN-in rəsmisi Mariya Zaxarova, Rusiyanın DUMA üzvləri, Solovyovdan tutmuş bütün telekanal rəhbərləri demək olar ki, mütəmadi Qərbi, xüsusən, Böyük Britaniya, Fransa və İtaliya kimi Avropanın mərkəsi hesab edilən ölkələrə hədyanlar yağdırır , hədələr, təhdidlər söyləyirlər.
Həmçinin oxuyun
Rusiya tərəfi bu təhdidləri yeni “Burevestnik”, “Oreşnik” və ” Poseydon ” raketlərinin fonunda söyləməsi bəşəriyyəti qorxutmaya bilməz.
Baxın , Rusiyanın bugünki ağır dönəmində "Oreşnik"in bir mərmisinin qiyməti 40 milyon dollardır. Hələ dünya tam əmin deyil ki, həqiqətən bu silahın istehsalı reallaşıb ya yox. "Oreşnik"dən 2 ədəd raket atdılar, biri Lvova, digərini Xerson istiqamətinə düşdü, amma heç biri partlamadı. Sual yaranır Rusiyanın təkcə "Oreşnik"i istehsal etməyə gücü çatacaqmı?
Bundan əlavə, Rusiya XİN dəfələrlə açıqlamsı var ki, Əgər NATO bazaları Ukrayna ərazisində peyda olarsa, onlar Rusiyanın qanuni hədəfinə çevriləcək. Bu çağrışın özü komprimizə zərbə deyilmi?
Buna baxmayaraq, NATO hesab edir ki, Rusiya yeni “Burevestnik”, “Oreşnik” və ” Poseydon ” raketləri alyansın müdafiəsi üçün ciddi təhlükə yaradır.
Düzdür, ötən il Brüsseldə keçirilən AB sammitindən sonra Fransa Prezidenti Emmanuel Makron Avropanın Rusiya ilə dialoqu bərpa etməsinin vaxtı çatdığını bildirsədə, məhz bu səbəblərdən kompromis alınmayıb”- deyə hərbi ekspert vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniyanın müdafiə naziri Con Hili çıxışı da təsirsiz ötüşməyib: “Rusiya rəhbəri Vladimir Putin Venesuela lideri Nikolas Maduro kimi ələ keçirilərək ədalət mühakiməsinə təhvil verilməyə layiqdir. Mən onu həbs edib, hərbi cinayətlərə görə məsuliyyətə cəlb edərdim — Ukraynaya ilk səfərlərimdən birində Buçada gördüklərimə görə və İrpendə görüşdüyüm, oğurlanmış bəzi ukraynalı uşaqlara görə...”
Görünən odur ki, hələlik kompromistdən söhbət gedə bilməz.
Əntiqə Rəşid
13:26 / 17 Aprel 2026
1
13:05 / 17 Aprel 2026
31
13:01 / 17 Aprel 2026
148
13:00 / 17 Aprel 2026
29
12:50 / 17 Aprel 2026
39
12:35 / 17 Aprel 2026
37
12:25 / 17 Aprel 2026
38
12:18 / 17 Aprel 2026
132
12:12 / 17 Aprel 2026
43
12:00 / 17 Aprel 2026
58
11:56 / 17 Aprel 2026
45
11:49 / 17 Aprel 2026
48
11:45 / 17 Aprel 2026
57
11:43 / 17 Aprel 2026
47
11:40 / 17 Aprel 2026
581
11:38 / 17 Aprel 2026
48
11:31 / 17 Aprel 2026
50
11:23 / 17 Aprel 2026
157
11:16 / 17 Aprel 2026
54
11:08 / 17 Aprel 2026
44
11:03 / 17 Aprel 2026
574
10:49 / 17 Aprel 2026
49
10:42 / 17 Aprel 2026
517
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.