Problemli kreditlərlə bağlı BƏD XƏBƏR
12 May 2026, 16:11
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
652
16.01.2026, 14:25
İranda baş verən hadisələr iqtisadiyyatdan da yan keçməyə bilər.Ölkədə davam edən etirazlar bu sahəyə də sıçraya bilər.
İranda baş verən kütləvi aksiyaların iqtisadi təsirləri ilə bağlı REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Oxu24.com-a danışıb.
O, qeyd edib ki, proseslərin region iqtisadiyyatına təsiri hələ ki, bir çox amillərdən asılıdır.
“Bu hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən çox şey asılıdır: davamlı olacaq, dalğavarlı şəkildə davam edəcək, yoxsa sistem dəyişliyinə səbəb olacaq – bu suallar hələ açıq qalır. Hazırki vəziyyətdə isə İranda ticarət əlaqələrinə ciddi təsir müşahidə olunmur,” – deyə Natiq Cəfərli bildirib.
O, əlavə edib ki, ABŞ-ın İranla ticarət edən ölkələrə əlavə 25% gömrük rüsumu tətbiq etmə niyyəti, hələlik detallar dərc olunmasa da, qonşu ölkələrə və İranın iqtisadiyyatına müəyyən mənada mənfi təsir göstərə bilər.
Logistika və infrastruktur layihələrinə də toxunan N.Cəfərli bildirib: “Sistem dəyişiklikləri baş versə, İranın Cənub-Şimal dəhlizi, Fars körfəzi – Baltik dənizi layihələri perspektivli olardı. Amma indiki durumda investor tapmaq çətindir. Rusiya Rəşt-Astara yolunun tikintisinə 2 milyard dollar ayırmışdı, amma həm Rusiyanın gücü, həm də İranda baş verən hadisələr və sanksiyalar bu layihələrin reallaşmasına mane olur.”
Natiq Cəfərli vurğulayıb ki, İranın hazırkı iqtisadi və siyasi durumu, qonşu ölkələr üçün həm risk, həm də perspektivli imkanlar yaradır.
Hazırladı: Turan Etibaroğlu
16:55 / 12 May 2026
22
16:53 / 12 May 2026
24
16:27 / 12 May 2026
67
16:11 / 12 May 2026
67
15:49 / 12 May 2026
61
15:42 / 12 May 2026
110
15:31 / 12 May 2026
67
15:30 / 12 May 2026
553
15:26 / 12 May 2026
359
15:15 / 12 May 2026
80
15:04 / 12 May 2026
71
14:55 / 12 May 2026
71
14:50 / 12 May 2026
70
14:44 / 12 May 2026
76
14:38 / 12 May 2026
69
14:35 / 12 May 2026
79
14:25 / 12 May 2026
65
14:23 / 12 May 2026
92
14:21 / 12 May 2026
81
13:49 / 12 May 2026
472
13:48 / 12 May 2026
100
13:34 / 12 May 2026
88
13:11 / 12 May 2026
880
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.