Kartofla bağlı mühüm AÇIQLAMA
14 Noyabr 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1145
16.01.2026, 17:31
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.
ORauf Vəliyevin dosyesini təqdim edir.
Rauf Göyüş oğlu Vəliyev 1965-ci ildə Cəbrayıl rayonunun Çərəkən kəndində anadan olub. 1990-cı ildə Leninqrad Su Nəqliyyatı İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Əmək fəaliyyətinə 1990-cı ildə başlayan R.Vəliyev 1990–1997-ci illərdə “Xəzər Dəniz Neft Donanması” İdarəsinin idarəetmə aparatında mühəndis-konstruktor, gəmi tikintisi üzrə nəzarət qrupunun mühəndisi, qrup rəhbəri, İdarənin xarici əlaqələr şöbəsinin rəisi vəzifələrində çalışıb. 1997-ci ildən etibarən həmin idarədə xarici əlaqələr üzrə müavin vəzifəsini icra edib.
2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) aparatında Donanma ilə iş üzrə şöbə rəisi, 2007–2013-cü illərdə isə ARDNŞ-nin Baş ofisində Nəqliyyat İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2013-cü il tarixli sərəncamı ilə Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
O, Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2011-ci il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülüb.
Rauf Vəliyev Yeni Azərbaycan Partiyasının üzvüdür.
19:15 / 14 Noyabr 2026
49
19:12 / 14 Noyabr 2026
50
19:05 / 14 Noyabr 2026
64
18:50 / 14 Noyabr 2026
61
18:43 / 14 Noyabr 2026
75
18:21 / 14 Noyabr 2026
559
18:09 / 14 Noyabr 2026
105
18:06 / 14 Noyabr 2026
436
18:03 / 14 Noyabr 2026
94
17:18 / 14 Noyabr 2026
168
17:15 / 14 Noyabr 2026
111
16:20 / 14 Noyabr 2026
122
16:05 / 14 Noyabr 2026
169
15:45 / 14 Noyabr 2026
126
15:27 / 14 Noyabr 2026
302
15:25 / 14 Noyabr 2026
142
15:07 / 14 Noyabr 2026
278
15:05 / 14 Noyabr 2026
144
14:44 / 14 Noyabr 2026
270
14:31 / 14 Noyabr 2026
132
14:24 / 14 Noyabr 2026
779
14:19 / 14 Noyabr 2026
134
14:15 / 14 Noyabr 2026
124
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.