“Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
10 Noyabr 2026, 17:10
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
585
02.06.2026, 11:19
Yarım milyon manatdan çox dələduzluqda ittiham olunan Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri, “Bakutime.az” saytının təsisçisi Zaur Mirzəzadə və Balakən dairə seçki komissiyasının sabiq sədri Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Oxu24.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Zaur Mirzəzadə növbəti dəfə iştirak etməyib.
Məhkəmə təqsirləndirilən şəxsin prosesə məcburi gətirilməsi barədə qərar qəbul edib.
Proses 16 iyunda davam etdiriləcək.
Ötən prosesdə dövlət ittihamçısı təqsirləndirilən hər üç şəxsin 12 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, Rasim İldırımzadə, Zaur Mirzəzadə və Qoşqar Məmmədov əlbir olaraq Qurban Piriyevə qarşı 504 min manatdan artıq dələduzluq etməkdə təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, Zaur Mirzəzadə daha əvvəl bir qrup şəxslə birgə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəzadəyə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı protest verib. Bakı Apellyasiya Məhkəməsi protesti təmin edib. Qərara əsasən, Zaur Mirzəzadə 5 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib. Ali Məhkəmədə keçirilən iclasda isə həmin qərar ləğv edilib və iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Bakı Apellyasiya məhkəməsi qərarı dəyişdirib. Zaur Mirzəzadəyə bəraət verilib və o, məhkəmə zalından azad edilib.
Digər təqsirləndirilən Qoşqar Məmmədov başqa epizod üzrə Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda o azadlıqdadır.
01:50 / 11 Noyabr 2026
217
01:00 / 11 Noyabr 2026
164
00:31 / 11 Noyabr 2026
213
23:59 / 10 Noyabr 2026
198
23:57 / 10 Noyabr 2026
234
23:55 / 10 Noyabr 2026
622
23:53 / 10 Noyabr 2026
252
23:47 / 10 Noyabr 2026
1366
23:43 / 10 Noyabr 2026
225
23:39 / 10 Noyabr 2026
202
23:28 / 10 Noyabr 2026
402
23:27 / 10 Noyabr 2026
931
23:17 / 10 Noyabr 2026
1462
23:15 / 10 Noyabr 2026
199
23:00 / 10 Noyabr 2026
162
22:58 / 10 Noyabr 2026
197
22:55 / 10 Noyabr 2026
183
22:35 / 10 Noyabr 2026
161
22:30 / 10 Noyabr 2026
477
22:27 / 10 Noyabr 2026
140
22:19 / 10 Noyabr 2026
178
22:04 / 10 Noyabr 2026
255
21:55 / 10 Noyabr 2026
848
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.