Gürcüstanda azərbaycanlı gənc güllələndi
27 İyul 2026, 14:28
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1791
02.05.2026, 18:50
5 nəfər ailə üzvünü qətlə yetirən Əhməd Əhmədovla bağlı sosial şəbəkələrdə xoşagəlməz məlumatlar yayılıb. Belə ki, bir qadının səs yazısı paylaşılıb. Həmin şəxs iddia edir ki, guya Ə. Əhmədov saxlanıldığı tibb müəssisəsindən qaçaraq iki nəfəri bıçaqlayıb. Hətta həmin qadın ümumilikdə 10 nəfərin müəssisədən qaçdığını da bildirib. Bu səs yazısı ictimaiyyətdə narahatlıq yaradıb.
Bəs yalan məlumat yayanları hansı cəza gözləyir?
Oxu24.com xəbər verir ki, Globalinfo.az-a danışan vəkil Rəsul Cəfərov deyib ki, əgər yayılan məlumat həqiqətə uyğun deyilsə, insanlarda narahatlıq yaradırsa, ictimai asayişə və təhlükəsizliyə mənfi təsir göstərə bilirsə, bu halda həmin məlumat yayılması qadağan edilən informasiyalar sırasına aid edilir:
“Ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulub ki, yalan olduğunu bildiyi halda məlumatı yaymaq məsuliyyət yaradır. Belə məlumatların internet informasiya ehtiyatlarında, sosial şəbəkələrdə, internet televiziya kanallarında və digər media resurslarında yayılmasına görə məsuliyyət nəzərdə tutulur.
Azərbaycan qanunvericiliyində bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 388.1 0.1-ci maddəsi tətbiq oluna bilər. Həmin maddəyə əsasən, internet telekommunikasiya şəbəkələrində yalan məlumatların yayılması, ictimai təşviş yaratması və ya cəmiyyətdə çaşqınlıq yaratması inzibati məsuliyyətə səbəb olur.
Belə hallarda məlumatı yayan şəxslər cərimə edilə, bəzi hallarda isə digər tədbirlərlə, o cümlədən inzibati həbs ilə cəzalandırıla bilərlər”.
Vəkilin sözlərinə görə, burada məsuliyyətin yaranmasının əsas səbəblərindən biri də məlumatın kütləvi xarakter almasıdır:
“Qeyd edim ki, 388.1.0.1-ci maddəyə əsasən, qanunla qadağan edilmiş məlumatın yayılmasına görə fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə oluna, inzibati tənbeh tədbirinə məruz qala və ya digər zəruri hallar nəzərə alınmaqla 1 ay müddətədək inzibati həbs edilə bilərlər”.
Xatırladaq ki, Əhməd Əhmədov 2024-cü il fevralın 13-də Xətai rayonunda 5 ailə üzvini qətlə yetirib. məhkəmənin qərarı ilə Ə.Əhmədov xüsusi tipli müalicə müəssisəsinə (psixiatriya xəstəxanasına) yerləşdirilib.
17:23 / 27 İyul 2026
65
17:07 / 27 İyul 2026
49
17:00 / 27 İyul 2026
50
16:42 / 27 İyul 2026
57
16:21 / 27 İyul 2026
60
16:18 / 27 İyul 2026
120
16:16 / 27 İyul 2026
70
15:59 / 27 İyul 2026
78
15:45 / 27 İyul 2026
76
15:21 / 27 İyul 2026
83
15:20 / 27 İyul 2026
85
15:17 / 27 İyul 2026
69
14:59 / 27 İyul 2026
83
14:34 / 27 İyul 2026
78
14:28 / 27 İyul 2026
70
14:04 / 27 İyul 2026
97
13:59 / 27 İyul 2026
102
13:55 / 27 İyul 2026
87
13:50 / 27 İyul 2026
99
13:47 / 27 İyul 2026
73
13:40 / 27 İyul 2026
108
13:30 / 27 İyul 2026
100
13:15 / 27 İyul 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.