Bir evdən iki meyit tapıldı - Təfərrüat
12 Noyabr 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1635
01.05.2026, 16:22
DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.
DİN-dən Oxu24.com-a verilən xəbərə görə, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər - 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.
Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər.
Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev “sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi” barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər. Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.
03:10 / 12 Noyabr 2026
52
01:25 / 12 Noyabr 2026
99
00:55 / 12 Noyabr 2026
111
00:43 / 12 Noyabr 2026
107
00:35 / 12 Noyabr 2026
234
00:33 / 12 Noyabr 2026
107
00:27 / 12 Noyabr 2026
117
00:24 / 12 Noyabr 2026
130
00:19 / 12 Noyabr 2026
140
00:17 / 12 Noyabr 2026
199
00:11 / 12 Noyabr 2026
134
23:54 / 11 Noyabr 2026
117
23:52 / 11 Noyabr 2026
121
23:50 / 11 Noyabr 2026
144
23:45 / 11 Noyabr 2026
1081
23:28 / 11 Noyabr 2026
114
23:24 / 11 Noyabr 2026
123
23:18 / 11 Noyabr 2026
135
23:09 / 11 Noyabr 2026
133
23:03 / 11 Noyabr 2026
121
23:01 / 11 Noyabr 2026
144
22:55 / 11 Noyabr 2026
118
22:38 / 11 Noyabr 2026
185
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.