Elnarə Şirməmmədova həbs olundu
07 İyul 2026, 11:52
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1309
20.04.2026, 14:28
Aprelin 20-də 286 nömrəli tam orta ümumtəhsil məktəbinin IX sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) sinif yoldaşına xəsarət yetirib.
Bu barədə Oxu24.com-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib, müayinə və müalicə üçün səhiyyə müəssisəsinə aparılıb.
"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır. Məktəb psixoloqu tərəfindən şagirdlərlə zəruri dəstəkləyici tədbirlər həyata keçirilir.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, - məlumatda qeyd edilib.
***
Tibbi Ərazi Bölələrini İdarəetmə Birliyindən (TƏBİB) saytımıza verilən məlumata görə, bu gün saat 10:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 286 nömrəli məktəbdən çağırış qeydə alınıb:
"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. 2011-ci il təvəllüdlü yeniyetmə (oğlan) yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəznində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Ona başın, üzün, boynun, gövdənin ön-yan səthlərinin hər iki yuxarı ətraflarının II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin olunub. Hazırda pasyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır qiymətləndirilir”.
***
Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bildirilib ki, 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb.
12:18 / 07 İyul 2026
1
12:00 / 07 İyul 2026
297
11:58 / 07 İyul 2026
48
11:52 / 07 İyul 2026
126
11:51 / 07 İyul 2026
42
11:33 / 07 İyul 2026
54
11:22 / 07 İyul 2026
81
11:10 / 07 İyul 2026
67
11:09 / 07 İyul 2026
63
11:05 / 07 İyul 2026
65
11:01 / 07 İyul 2026
202
10:53 / 07 İyul 2026
273
10:48 / 07 İyul 2026
63
10:46 / 07 İyul 2026
64
10:39 / 07 İyul 2026
77
10:32 / 07 İyul 2026
68
10:15 / 07 İyul 2026
435
10:12 / 07 İyul 2026
82
09:59 / 07 İyul 2026
80
09:58 / 07 İyul 2026
1011
09:38 / 07 İyul 2026
520
09:34 / 07 İyul 2026
154
09:27 / 07 İyul 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.