Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda pedofil məşqçi saxlanıldı

2019-07/1563375928_7.jpg

KRİMİNAL

824

17.07.2019, 19:07

\"\"  Bakıda pedofillikdə şübhəli bilinən futbol məşqçisi saxlanılıb.
Bu barədə Oxu24.com Sabunçu rayonu hüquq-mühafizə orqanlarındakı mənbəyinə istinadən xəbər verir. Məsələ ilə bağlı P.F. adlı 31 yaşlı paytaxt sakininin 12-ci Polis şöbəsinə müraciət etdiyi bəllidir. Sözügedən qadın bildirib ki, 41 yaşlı Y.M. adlı futbol məşqçisi onun oğluna əxlaqsız təkliflər edib. Məşqçi yeniyetmənin telefonuna SMS-lər göndərərək onunla cinsi əlaqəyə girməyi təklif edib. Məşqçinin cinayət əməllərinin sübutu qismində gəncin anası həmin SMS-ləri polisə təqdim edib. Bundan sonra məşqçi tutulub və hazırda faktla bağlı araşdırma aparılır. Futbol məktəbinin adı ilə bağlı isə heç bir məlumat verilmir.