Azərbaycanda mənzillər bir ildə 8,4 faiz bahalaşıb
14 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
725
15.01.2026, 12:50
Ötən gün keçmiş məcburi köçkün Orxan Fətəliyev sosial şəbəkələrdə Dövlət Komitəsinin qəbul otağından video paylaşaraq müraciətlərinə baxılmadığını bildirib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu24.com-a verilən xəbərə görə, Zəngilan rayonunun Məmmədbəyli kəndindən keçmiş məcburi köçkün Fətəliyev Orxan Məhəmməd oğlu ailə üzvləri ilə birlikdə Bakı şəhəri Binəqədi rayonu Biləcəri şossesində qanunsuz inşa edilmiş şəxsi mənzildə məskunlaşıb.
"İşğaldan azad edilmiş ərazilərə ilk növbədə qəzalı vəziyyətdə və ağır şəraitdə yataqxana, sanatoriya, düşərgə kimi müvəqqəti məskunlaşma obyektlərində yaşayan ailələr köçürülür. Orxan Fətəliyevin isə yaşayış şəraitinin normal olduğunu nəzərə alaraq, onun Məmmədbəyli kəndinə köçürülməsinə yeni evlər tikildikdən sonra növbəti mərhələlərdə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq.
Orxan Fətəliyevin müraciətlərinə baxılmaması haqqında dedikləri isə həqiqəti əks etdirmir. Belə ki, onun Dövlət Komitəsinə yazılı müraciəti 19 dekabr 2025-ci ildə müvafiq qaydada cavablandırılıb və vətəndaşın ünvanına göndərilib. Eləcə də, o, bir neçə dəfə rəhbər şəxslərin qəbulunda olub. Ötən gün Dövlət Komitəsində olarkən də aidiyyəti struktur bölmənin rəhbəri tərəfindən qəbul edilib və müraciəti ilə əlaqədar ona müvafiq izahat verilib.
Nəzərinizə çatdırırıq ki, Orxan Fətəliyevin atası Məhəmməd Fətəliyev digər oğlu ilə birlikdə Zəngilan rayonunun Məmmədbəyli kəndində ailə tərkibinə uyğun olaraq 4 otaqlı mənzillə təmin edilib", - məlumatda qeyd olunub.
19:54 / 14 Noyabr 2026
1
19:50 / 14 Noyabr 2026
27
19:36 / 14 Noyabr 2026
527
19:15 / 14 Noyabr 2026
80
19:12 / 14 Noyabr 2026
86
19:05 / 14 Noyabr 2026
89
18:50 / 14 Noyabr 2026
84
18:43 / 14 Noyabr 2026
101
18:21 / 14 Noyabr 2026
662
18:09 / 14 Noyabr 2026
112
18:06 / 14 Noyabr 2026
480
18:03 / 14 Noyabr 2026
100
17:18 / 14 Noyabr 2026
187
17:15 / 14 Noyabr 2026
116
16:20 / 14 Noyabr 2026
126
16:05 / 14 Noyabr 2026
176
15:45 / 14 Noyabr 2026
133
15:27 / 14 Noyabr 2026
305
15:25 / 14 Noyabr 2026
149
15:07 / 14 Noyabr 2026
302
15:05 / 14 Noyabr 2026
148
14:44 / 14 Noyabr 2026
300
14:31 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.