Prezidentin sosial media hesablarında WUF13 ilə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb - VİDEO
12 May 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
650
15.01.2026, 15:14
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ölkəsində ilk "ASAN xidmət" mərkəzinin açılışına dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.
Oxu24.com Pakistan mediasına istinadən xəbər verir ki, Baş nazir bunu bu gün mərkəzin açılış mərasimində deyib.
Hökumət başçısı "ASAN xidmət"i vətəndaşyönümlü idarəetmə, dövlət xidmətlərinin keyfiyyətinin artırılması və biznes fəaliyyətinin sadələşdirilməsi istiqamətində mühüm addım adlandırıb.
Onun sözlərinə görə, mərkəz Milli Məlumat Bazası və Qeydiyyat İdarəsi (NADRA), Xarici İşlər Nazirliyi, polis, Federal Vergi İdarəsi və digər qurumlar da daxil olmaqla bir sıra dövlət strukturlarını bir mərkəzdə birləşdirir ki, bu da xidmətləri effektiv, şəffaf və vətəndaşlar üçün rahat formada təqdim etməyə imkan verir.
Ş.Şərif qeyd edib ki, Pakistan mərkəzinin əməkdaşları Azərbaycanda təcrübəli təlimçilərin rəhbərliyi altında ixtisaslaşdırılmış təlim keçiblər. O əlavə edib ki, nəzakət, peşəkarlıq və xeyirxahlıq dövlət xidmətinin standartına çevrilməlidir.
Baş nazir xatırladıb ki, Bakıda "ASAN xidmət" mərkəzinə səfəri zamanı dövlət orqanlarının yüksək səmərəli və operativ fəaliyyəti onu heyran edib, bundan sonra Pakistanda oxşar modelin tətbiqini tapşırıb.
O, həmçinin ölkənin daha iki regionunda belə mərkəzlərin yaradılması barədə göstəriş verdiyini bildirib və əlavə edib ki, gələcəkdə Azərbaycanın dəstəyi ilə bu sistem Pakistanın bütün ərazisini əhatə edəcək.
21:15 / 12 May 2026
26
20:55 / 12 May 2026
39
20:44 / 12 May 2026
110
20:42 / 12 May 2026
54
20:39 / 12 May 2026
57
20:36 / 12 May 2026
74
20:35 / 12 May 2026
295
20:30 / 12 May 2026
58
20:24 / 12 May 2026
357
20:23 / 12 May 2026
146
20:17 / 12 May 2026
66
20:14 / 12 May 2026
57
20:09 / 12 May 2026
69
19:59 / 12 May 2026
549
19:59 / 12 May 2026
245
19:58 / 12 May 2026
196
19:51 / 12 May 2026
165
19:29 / 12 May 2026
91
19:13 / 12 May 2026
172
19:08 / 12 May 2026
114
18:58 / 12 May 2026
276
18:45 / 12 May 2026
89
18:29 / 12 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.