Məleykə Abbaszadə sertifikasiyadan keçən müəllimlərlə bağlı nazirliyə müraciət ETDİ
04 Fevral 2026, 19:14
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1474
15.01.2026, 12:18
Məlum olduğu kimi, ötən gün iqtisadiyyat naziri Mikayıl Cabbarova yeni müavin təyin edilib.
Oxu24.com xəbər verir ki, Sərəncamla bu vəzifəyə xarici işlər naziri Ceyhun Bayramovun qardaşı Azər Bayramov gətirilib. O bu təyinatadək maliyyə naziri Sahil Babayevin müavini vəzifəsini tuturdu.
Bu təyinatla Mikayıl Cabbarovun müavinlərinin sayı 6-ya çatıb. Belə ki, A.Bayramovdan başqa, M.Cabbarovun 5 müavini var. Onlar Elnur Əliyev (I müavin), Sahib Ələkbərov, Rövnəq Abdullayev (SOCAR-ın sabiq prezidenti), Səməd Bəşirli və Anar Axundovdur.
Bununla Mikayıl Cabbarov həm də ölkədə ən çox müavini olan 3 nazirdən biri olub. Belə ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov və xarici işlər naziri Ceyhun Bayramovun da hər birinin 6 müavini var. Bir neçə ay əvvələdək K.Heydərov 7 müavinlə ən çox müavini olan nazirlər siyahısına başçılıq etsə də, Teymur Mehdiyevin (Ramiz Mehdiyevin oğlu) vəzifədən azad edilməsindən sonra bu statusunu itirib.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavinləri - Rəfael Mirzəyev (I müavin), Faiq Tağızadə, Etibar Mirzəyev, Orucəli Hacıyev, Tapdıq Əmiraslanov (Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun oğlu), Adil Abdullayevdir.
Xarici işlər naziri Ceyhun Bayramovun müavinləri - Mahmud Məmməd-Quliyev, Araz Əzimov, Fariz Rzayev, Elnur Məmmədov, Samir Şərifov, Yalçın Rəfiyevdir.
Daxili işlər naziri Vilayət Eyvazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və ədliyyə naziri Fərid Əhmədov isə 5 müavini olan nazirlərdir.
Seyfulla Əzimov daxili işlər naziri Vilayət Eyvazovun I müavini, Oqtay Kərimov, İsmət Əliyev, Şahin Məmmədov, Fazil Quliyev isə müavinləridir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin müavinləri - Saməddin Əsədov (“Azərkosmos” ASC-nin İdarə Heyətinin keçmiş sədri), Rəhman Hümbətov, Samir Məmmədov, Cavid Qurbanov (“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri) və Elmin Məmmədovdur.
Abiddin Hüseynov, Toğrul Hüseynov, Mübariz Əhmədov, Eldar Nuriyev, Mirsaleh Seyidov ədliyyə naziri Fərid Əhmədova müavin təyin ediliblər.
Əmək və Əhalinin Sosial Müdafiəsi, Müdafiə, Ekologiya və Təbii Sərvətlər, Energetika, Elm və Təhsil nazirliklərində isə müavin sayı 4-dür.
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müavinləri - Vüsal Nəsirli, Hidayət Abdullayev, Anar Bayramov, Rəşad Mustafayevdir. Onlardan son ikisi bir neçə ay əvvəl nazir müavini təyin edilib.
Müdafiə naziri Zakir Həsənovun müavinləri - Kərim Vəliyev (I müavin), Hikmət Mirzəyev, Namiq İslamzadə, Aqil Qurbanovdur.
Ekologiya və təbii sərvətlər naziri postu hazırda boş olsa da, nazirlikdə 4 müavin fəaliyyət göstərir. Rəşad İsmayılov (I müavin), Rauf Hacıyev, Vüqar Kərimov, Umayra Tağıyeva müavin postundadırlar.
Həmçinin oxuyun
Energetika naziri Pərviz Şahbazovun müavinləri Samir Vəliyev, Elnur Soltanov, Kamal Abbasov, Orxan Zeynalovdur.
Elm və təhsil naziri Emin Əmrullayevin müavinləri postunu Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli, Kənan Kərimzadə tutur.
Maliyyə, kənd təsərrüfatı, mədəniyyət və səhiyyə nazirlərinin isə 3 müavini var.
Maliyyə naziri Sahil Babayevin müavinləri Anar Kərimov (I müavin), Himalay Məmişov, Natiq Həsənovdur.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun müavinləri vəzifələrini İlhamə Qədimova, Elçin Zeynalov, Sarvan Cəfərov icra edir.
Mədəniyyət naziri Adil Kərimlinin müavinləri postlarında Səadət Yusifova, Fərid Cəfərov, Murad Hüseynovdur.
Səhiyyə naziri Teymur Musayevin müavinləri vəzifələrində İlqar Qasımov, Rasim İsmayılov, Nadir Zeynalov çalışır.
Müdafiə sənayesi, gənclər və idman nazirləri 2 müavini olanlar sırasındadırlar.
Müdafiə sənayesi naziri Vüqar Mustafayevin müavinləri Mehman Baxışov və Hidayət Əzimovdur.
Gənclər və idman naziri Fərid Qayıbovun müavinləri vəzifələrini isə İndira Hacıyeva və Fərhad Hacıyev icra edir.
Qeyd edək ki, bəzi nazirliklərin əsasnamələrində müavin postlarının sayı daha çox göstərilsə də, yazıda hazırda vəzifə başında olan müavinlərin adları qeyd edilib.
Mənbə:Qafqazinfo
19:14 / 04 Fevral 2026
12
18:47 / 04 Fevral 2026
34
18:36 / 04 Fevral 2026
47
18:28 / 04 Fevral 2026
72
18:21 / 04 Fevral 2026
54
18:12 / 04 Fevral 2026
53
18:03 / 04 Fevral 2026
305
18:01 / 04 Fevral 2026
42
17:50 / 04 Fevral 2026
70
17:40 / 04 Fevral 2026
1460
17:35 / 04 Fevral 2026
159
17:30 / 04 Fevral 2026
95
17:24 / 04 Fevral 2026
313
17:14 / 04 Fevral 2026
141
17:13 / 04 Fevral 2026
61
17:04 / 04 Fevral 2026
106
16:46 / 04 Fevral 2026
84
16:24 / 04 Fevral 2026
97
16:11 / 04 Fevral 2026
116
16:04 / 04 Fevral 2026
1630
15:54 / 04 Fevral 2026
111
15:49 / 04 Fevral 2026
381
15:39 / 04 Fevral 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.