Azərbaycanda mənzillər bir ildə 8,4 faiz bahalaşıb
14 Noyabr 2026, 19:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1026
15.01.2026, 13:47
Xəbər verdiyimiz kimi,bir neçə gündür ki,qonşu İran ağır siyasi böhran yaşayır.
Ölkədə ciddi etirazlar davam edir. Ölənlərin sayı durmadan artır.
Siyasi böhran və ABŞ-nin davamlı təyziqləri İrandakı gərginliyi daha da artırır.Azərbaycana qonşu olan ölkədə yaşananlar bizə necə təsir edə bilər?
İranda baş verən hadisələr Azərbaycanı qaçqın problemi ilə üz-üzə qoya bilərmi?
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Turan Rzayev bildirib ki,hazırda İranda baş verən etiraz aksiyaları artıq Güney Azərbaycan bölgəsinə də sirayət edib.
"Bununla belə, aksiyaların əsas mərkəzi daha çox farsların kompakt yaşadığı ərazilərdir. Ümumilikdə etirazların mahiyyəti fars əhalisi ilə mövcud teokratik rejim arasında qarşıdurma üzərində qurulub. Rejimin buraxdığı ciddi siyasi və iqtisadi səhvlər, eləcə də bu səhvlərin nəticəsində tətbiq olunan sanksiyalar ümumi narazılığı daha da dərinləşdirib",-deyə politoloq bildirib.
Güney Azərbaycanın bu proseslərə münasibəti necədir?
Politoloq Turan Rzayevin sözlərinə görə,Güney Azərbaycanda mövcud hadisələrə yanaşma birmənalı deyil. Burada vahid mövqe və ya ortaq liderlik mövcud deyil.
"Bir qrup insan müstəqillik ideyasını dəstəkləyir, digər qrup İraqdakı Kürdüstan modeli kimi geniş muxtariyyətin tərəfdarıdır. Bəziləri yalnız mədəni muxtariyyətin kifayət etdiyini düşünür, başqa bir qisim isə ümumiyyətlə Güney Azərbaycanın ayrıca statusa ehtiyacı olmadığını, əksinə Azərbaycan və türk elitasının İran hakimiyyətində yetərincə təmsil olunduğunu və zamanla bu sistem daxilində ölkəyə hakim olacağını iddia edir.
Bu fikir ayrılıqları və vahid liderliyin olmaması Güney Azərbaycanın hazırkı proseslərdə daha passiv mövqedə qalmasına səbəb olur",-deyə Turan Rzayev bildirib.
Hazırladı: Turan Etibaroğlu
19:54 / 14 Noyabr 2026
1
19:50 / 14 Noyabr 2026
27
19:36 / 14 Noyabr 2026
527
19:15 / 14 Noyabr 2026
80
19:12 / 14 Noyabr 2026
86
19:05 / 14 Noyabr 2026
89
18:50 / 14 Noyabr 2026
84
18:43 / 14 Noyabr 2026
101
18:21 / 14 Noyabr 2026
662
18:09 / 14 Noyabr 2026
112
18:06 / 14 Noyabr 2026
480
18:03 / 14 Noyabr 2026
100
17:18 / 14 Noyabr 2026
187
17:15 / 14 Noyabr 2026
116
16:20 / 14 Noyabr 2026
126
16:05 / 14 Noyabr 2026
176
15:45 / 14 Noyabr 2026
133
15:27 / 14 Noyabr 2026
305
15:25 / 14 Noyabr 2026
149
15:07 / 14 Noyabr 2026
302
15:05 / 14 Noyabr 2026
148
14:44 / 14 Noyabr 2026
300
14:31 / 14 Noyabr 2026
141
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.