Sığınacaqdakı uşaqların taleyi — Kəmalə Ağazadə ilə MÜSAHİBƏ
07 Aprel 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
1183
15.01.2026, 15:17
Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda görüş keçirərək “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) layihəsinin icra çərçivəsini açıqlayıblar. Məhz bundan sonra İranın Ermənistandakı səfiri Xəlil Şirqulami “cin atı”na minib və “əbədi qardaşı” Ermənistanı yumuşaqca hədələyib. Deyib ki, Ermənistan İrana düşmən qüvvələrin mərkəzinə çevrilir.
Ortaya maraqlı bir sual çıxır ABŞ-ın gələcəkdə Ermənistanda hərbi baza yaratmaq hədəfi ola bilərmi? İran səfirini bu düşüncələr qəzəbləndirir, yaxud başqa nüanslar var?
Oxu24.com-un suallarına tanınmış siyasi şərhçi, beynəlxalq təhlükəsizlik eksperti Elçin Alıoğlu cavablandırıb .
Ekspert bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio ilə görüşü ilk baxışdan İrəvan- Vaşinqton dialoqunun növbəti texniki mərhələsi kimi görünə bilər. Amma Cənubi Qafqazda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təşəbbüsünün icra çərçivələrinin açıqlanması regionda əsas oyunçularınların , ilk növbədə də İranın həssaslığını kəskin şəkildə artırır. Odur ki, TRIPP məlumatlarının yayılmasından dərhal sonra İranın Ermənistandakı səfiri Xəlil Şirqulami emosional açıqlaması diqqətləri cəlb edib.Səfir faktiki olaraq Ermənistannın İran əleyhinə mövqe tutan düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilməsindən danışıb. Əslində ritorika ilə dolu olan bu çıxış normadan kənara çıxır. Əsas sualda burda yaranır ki, Tehran doğrudanmı ABŞ-ın Ermənistanda mümkün hərbi baza yaratmaq ehtimalından ehtiyat edir yoxsa, məsələ daha dərin struktur dəyişikliklərdədir?
Həmçinin oxuyun
Əslində TRIPP təşəbbüsü ABŞ-ın regional siyasəti üçün əvvəllər təklif etdiyi klassik əməkdaşlıq proqramlarından prinsipial şəkildə fərqlənir.Bu yanaşmanın əsas konturları nədir?
1-ci. Əvvəllər geosiyası əyalət hesab olunan məkanlarda ABŞ-ın təsirini legitim şəkildə möhkəmləndirmək.
2-si. Birbaşa hərbi iştirakdan imtina edərək , təhlükəsizlik sektoru islahatları , sərhəd idarəçiliyi, logistika və strateji kommunikasiyalar üzərindən təsir mexanizmlərinin qurulmasıdır.
3-cü. ABŞ prezidenti D.Trampın fərdi doktrinasına uyğun olaraq, formal müttəfiqlik öhdəlikləri olmadan, idarə olunan sabitlik zonalarının formalaşdırılması. Məhz bu konteksdəhakimiyyət və Ermənistan siyasi elitaları artıq humanitar yardım obyektləri kimi kimi yox , logistika və strateji kommunikasiyalar baxımından dayaq nöqtəsi kimi Vaşinqton tərəfindən nəzərdən keçirilməyə başlayıb. ABŞ-ın Ermənistanda hərbi baza yerləşdirməsi məsələsinə gəldikdə isəyaxın perspektivdə real görünmür. Çünki bunun bir neçə obyektiv səbəbi var, birincisi isə müvafiq status sazişi yoxdur. Daha sonra Ermənistanın məhdud logistika və strateji kommunikasiyaları imkan vermir, sonuncusu isə Rusiya və İranla münasibətlərin eskalasiya risqinin əməliyyat qazancına risqi nisbətən daha yüksək olmasıdır.
İran üçün təhlükə baza yaranması deyil. Tehranı narahat edən odur ki, konkret təhlükə daha elastic və rəsmi statusu olmayan iştirak formasıdır. Yəni burda amerikalıların hərbi müşaviri və təlim missiyalarının genişlənməsi, ikili təyinatlı infrastruktur obyektləri, Ermənistanın Qərb monitorinq, kibertəhlükəsizlik və sərhəd nəzarət sistemlərinə inteqrasiyası, ABŞ-ın Ermənistanın təhlükəsizlik və analitik institutlarına artan təsiridir.
İran uzun zamandır ki, Ermənistanı neytral buffer zona sayıb, sanksiyaların təsirini azaldan iqtisadi kanal hesab edib və nəhayət regional balanslaşırma aləti qismində görüb. Artıq Tehranın bu modeli dağılır və Ermənistanın strateji müəyyənliyi itir. İranı əsasən həyəcanlandıran Ermənistanı itirmək qorxusudur.Elə səfirin çıxışı da hədə deyil, çoxünvanlı diplomatik xəbərdarlıqdır.
TRIPP layihəsi reallaşacaq və Ermənistan isə İrana sərf edən “boz zona” olmaqdan çıxır. İranı narahat edən məhz bu faktdır”. -deyə Elçin Alıoğlu vurgulayıb.
Əntiqə Rəşid
00:11 / 08 Aprel 2026
184
23:58 / 07 Aprel 2026
144
23:48 / 07 Aprel 2026
185
23:23 / 07 Aprel 2026
156
22:59 / 07 Aprel 2026
196
22:49 / 07 Aprel 2026
165
22:43 / 07 Aprel 2026
285
22:27 / 07 Aprel 2026
149
22:13 / 07 Aprel 2026
214
22:03 / 07 Aprel 2026
194
21:41 / 07 Aprel 2026
176
21:29 / 07 Aprel 2026
166
21:19 / 07 Aprel 2026
159
20:59 / 07 Aprel 2026
161
20:50 / 07 Aprel 2026
252
20:36 / 07 Aprel 2026
158
20:21 / 07 Aprel 2026
216
20:01 / 07 Aprel 2026
161
19:53 / 07 Aprel 2026
119
19:38 / 07 Aprel 2026
239
19:29 / 07 Aprel 2026
133
19:09 / 07 Aprel 2026
169
18:59 / 07 Aprel 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.