Bakıda QƏRİBƏ OLAY: Məhkəmədən, görün, nə istədi...
08 Aprel 2026, 20:57
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
97
08.04.2026, 17:30
Bakı Ağır Cinayətlər Məhkəməsində restoranda tanışını bıçaqlamaqda təqsirləndirilən Namiq Şirinlinin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Oxu24.com xəbər verir ki, akim Namiq Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Tural Yaqubov ittiham aktını elan edib.
Təqsirləndirilən Namiq Şirinli ona qarşı elan edilmiş ittihamla özünü təqsirli bilmədiyini deyib.
Növbəti proses mayın 5-nə təyin edilib.
Həmçinin oxuyun
Xatırladaq ki, hadisə 2025-ci il sentyabrın 25-də Bakının Sabunçu rayonunda yerləşən "Okean" restoranında baş verib. Namiq Şirinli Qazıyev Babək və Qazıyev Asəfin oturduğu masaya yaxınlaşaraq pul tələb edib. Onlar pul verməkdən imtina etdikdə Namiq qardaşlarla uca səslə mübahisə edərək, ünvanlarına nalayiq ifadələr işlədib. N. Şirinli daha sonra cibindən çıxardığı bıçaqla Qazıyev Babək və Qazıyev Asəfin qarın nahiyələrinə zərbə vurub.
Faktla bağlı cinayət işi başlanılıb, Namiq Şirinli Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri törətmək) maddələri ilə məsuliyyətə cəlb olunub./lent.az
20:57 / 08 Aprel 2026
1
20:43 / 08 Aprel 2026
29
20:35 / 08 Aprel 2026
37
20:26 / 08 Aprel 2026
40
20:08 / 08 Aprel 2026
182
19:54 / 08 Aprel 2026
48
19:44 / 08 Aprel 2026
50
19:33 / 08 Aprel 2026
103
19:22 / 08 Aprel 2026
246
18:59 / 08 Aprel 2026
79
18:49 / 08 Aprel 2026
79
18:36 / 08 Aprel 2026
93
18:29 / 08 Aprel 2026
91
18:16 / 08 Aprel 2026
79
17:57 / 08 Aprel 2026
185
17:35 / 08 Aprel 2026
95
16:25 / 08 Aprel 2026
85
16:21 / 08 Aprel 2026
94
16:06 / 08 Aprel 2026
78
16:00 / 08 Aprel 2026
78
15:54 / 08 Aprel 2026
82
15:50 / 08 Aprel 2026
173
15:43 / 08 Aprel 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.