Sevinc Hüseynova tutulub Azərbaycana gətirildi
29 Aprel 2026, 14:47
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1013
08.04.2026, 13:21
Bakıda qaynının arvadını estetik əməliyyat edərək onun ölümünə səbəb olmaqda ittiham edilən həkim - "AzE Estetik Mərkəz"in direktoru Ülviyyə İlyasovanın yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış cinayət işi üzrə proses keçirilib.
Oxu.Az-ın məlumatına görə, hakim Aqil Musayevin sədrliyi ilə baş tutan iclasda müttəhimin barəsindəki həbs olmayan qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəzlənib.
Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub.
Növbəti iclas mayın 9-na təyin edilib.
Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb.
Müəyyən olunub ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynının həyat yoldaşı (eltisi) Səbirə Vəliyevanın üzərinə liposaksiya əməliyyatı icra edib. Daha sonra onu yaşadığı evə apararaq həkim nəzarətindən kənar saxlayıb.
Növbəti gün Səbirə Vəliyeva kəskin qanaxmadan həyatını itirib.
Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilib. Onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
İş üzrə Ülviyyə İlyasovanın barəsində Yasamal Rayon Məhkəməsinin qərarından hər üç tərəf -zərərçəkən, cavabdeh və ittiham tərəfi şikayət veriblər. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlamışdı.
Xatırladaq ki, birinci instansiya məhkəməsinin hökmünə əsasən, Ü.İlyasova 3 il səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkməsi barədə qərar qəbul edilmişdi.
Daha sonra Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət edən zərərçəkənin vəkilinin müraciəti təmin edilib: Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilərək yenidən baxılması ucun həmin instansiyaya göndərilib.
Zərərçəkən tərəf Ülviyyə İlyasovanın cəzasının ağırlaşdırılması tələbi ilə çıxış edir.
17:06 / 29 Aprel 2026
7
17:03 / 29 Aprel 2026
62
16:55 / 29 Aprel 2026
25
16:54 / 29 Aprel 2026
229
16:50 / 29 Aprel 2026
23
16:48 / 29 Aprel 2026
26
16:38 / 29 Aprel 2026
33
16:35 / 29 Aprel 2026
30
16:23 / 29 Aprel 2026
212
16:15 / 29 Aprel 2026
34
16:09 / 29 Aprel 2026
50
15:55 / 29 Aprel 2026
38
15:50 / 29 Aprel 2026
47
15:48 / 29 Aprel 2026
52
15:38 / 29 Aprel 2026
43
15:37 / 29 Aprel 2026
60
15:33 / 29 Aprel 2026
49
15:30 / 29 Aprel 2026
202
15:19 / 29 Aprel 2026
269
15:10 / 29 Aprel 2026
54
14:59 / 29 Aprel 2026
59
14:55 / 29 Aprel 2026
199
14:47 / 29 Aprel 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.