Qərar İMZALANDI:Teymur Musayev sədr oldu
12 Noyabr 2026, 15:36
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
7846
08.04.2026, 14:10
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri də siyahıya əlavə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri Kənan Əsədovdur.
O, Gömrük xidməti polkovnik-leytenantı rütbəsindədir.
1996-cı ildə Bakıda anadan olmuşdur.
2013-cü ildə orta məktəbi qızıl medal ilə bitirərək Bakı Dövlət Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə qəbul olmuşdur. 2014-2018-ci illərdə Birləşmiş Krallığın Edinburq Universitetində Maliyyə və Mühasibatlıq ixtisası üzrə bakalavr və magistr dərəcəsində təhsil almış və fərqlənmə ilə bitirmişdir. 2015, 2016, 2017 ci illərdə müvafiq olaraq Ernst&Young, Deloitte&Touche, İnvestaz şirkətlərində işləmişdir.
2019 - cu ilin iyul ayından Dövlət Gömrük Komitəsi Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Audit idarəsinin inspektoru vəzifəsində fəaliyyətə başlamışdır.
2020-ilin noyabr ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə inspektor vəzifəsinə təyin olunmuşdur. 2022-ci ilin yanvar ayında həmin İdarənin rəis müavini vəzifəsinə təyin edilmişdir.
2023-cü ilin mart ayında Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin, Risklərin idarəolunması idarəsinə rəis təyin olunmuşdur.
2023-ci ilin oktyabr ayında Dövlət Gömrük Komitəsi Aparat rəhbərinin müavini vəzifəsinə təyin olunmuşdur.
2025-ci ilin dekabr ayından Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə Aparat rəhbəri vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, iki övladı var.
15:55 / 12 Noyabr 2026
1
15:36 / 12 Noyabr 2026
135
15:15 / 12 Noyabr 2026
28
15:12 / 12 Noyabr 2026
62
14:15 / 12 Noyabr 2026
110
14:04 / 12 Noyabr 2026
301
13:59 / 12 Noyabr 2026
267
13:55 / 12 Noyabr 2026
110
13:45 / 12 Noyabr 2026
185
13:36 / 12 Noyabr 2026
232
13:29 / 12 Noyabr 2026
110
13:21 / 12 Noyabr 2026
125
13:20 / 12 Noyabr 2026
150
13:18 / 12 Noyabr 2026
474
13:16 / 12 Noyabr 2026
142
13:07 / 12 Noyabr 2026
408
13:04 / 12 Noyabr 2026
102
13:00 / 12 Noyabr 2026
106
12:40 / 12 Noyabr 2026
122
12:25 / 12 Noyabr 2026
155
12:05 / 12 Noyabr 2026
148
11:55 / 12 Noyabr 2026
132
11:50 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.