Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var — XƏBƏRDARLIQ
02 May 2026, 13:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
849
08.04.2026, 20:08
“Depressiya dünyada ən çox rast gəlinən psixi xəstəliklərdən biridir və bütün xəstəliklər arasında yayılma mexanizminə görə ikinci yerdə durur”.
Oxu24.com manset.az-a istinadən xəbər verir ki, bu fikirləri Psixiatriya kafedrasının professoru Zəfər Əliyev açıqlamasında bildirib. O qeyd edib ki, bu mənzərə xüsusilə COVID-19 pandemiyası zamanı daha aydın müşahidə olunurdu.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, dünyanın yetkin əhalisinin təxminən 6 faizinin depressiyadan əziyyət çəkdiyini qeyd edən professor bu göstəricinin qadınlar arasında kişilərlə müqayisədə daha yüksək olduğunu vurğulayıb. Mütəxəssis depressiyanın yüngül, orta və ağır formalarının olduğunu qeyd edərək, onun somatizə olunmuş və ya maskalanmış, “depressiyasız depressiya” adlanan formasına da xüsusi diqqət ayırıb.
Xatırladıb ki, depressiyanın səbəbləri fərqlidir: “İlk növbədə, depressiya irsi xarakter daşıyır. Depressiyanın inkişafında şəxsin öz duyğularını anlama və ifadə etmə çətinlikləri, eləcə də psixiatrik yardımdan çəkinməsi əsas amillərdən hesab olunur. Psixiatriyaya qarşı qorxu və antidepressantların istifadəsinə dair tərəddüdlər simptomların dərinləşməsinə və xəstəliyin ağırlaşmasına gətirib çıxarır. Bundan əlavə, depressiya başqa psixi pozuntular kimi məsələn, panik pozuntu, yuxusuzluq və ya asılılıqlar (alkoqolizm, narkomaniya, toksikomaniya) fonunda da özünü göstərə bilər”.
Həmçinin oxuyun
Onun fikrincə, əvvəlcə bədənin orqan patologiyasını istisna etmək lazımdır. Bu səbəbdən, praktikada müəyyən orqan və ya orqan sistemini müalicə edən mütəxəssislər tərəfindən müayinə olunmuş xəstələri müşahidə etmək mümkündür: “Bu, ürək-damar və ya tənəffüs sistemləri, mədə-bağırsaq traktı və başqa sistemlər, dərinin səthində ağrı ola bilər. Təbii ki, bacarıqlı mütəxəssis öz sahəsində müalicə üçün somatik səbəblər aşkar olunmadıqda və ya müalicəyə cavab almadıqda, xəstəni psixiatra yönləndirir. Buna görə də effektiv müdaxilə üçün vaxtında psixiatrla məsləhətləşmək və pozuntunun xronikləşmə riskini azaltmaq vacibdir”.
Antidepressantların müalicədə istifadə olunduğunu bildirən professor Z. Əliyev hazırda effektiv müalicə rejimi seçməyə imkan verən geniş çeşiddə dərmanların mövcudluğunu vurğulayıb. Qeyd edib ki, belə hallarda psixoterapiya nəzərdən qaçırılmamalı və müalicə yalnız psixiatrlar tərəfindən aparılmalıdır.
Yekunda mütəxəssisin tövsiyəsi olaraq bildirildi ki, depressiyanın vaxtında diaqnostikası və uyğun müalicəsi xəstəliyi yüngülləşdirir, uzunmüddətli təsirlərini minimuma endirir. Hər kəs öz psixi sağlamlığına diqqət yetirməli və əlamətlər müşahidə olunduqda mütəxəssisə müraciət etməlidir.
13:55 / 02 May 2026
10
11:43 / 02 May 2026
88
11:42 / 02 May 2026
75
11:40 / 02 May 2026
56
10:03 / 02 May 2026
60
00:45 / 02 May 2026
307
23:50 / 01 May 2026
409
23:39 / 01 May 2026
362
23:29 / 01 May 2026
325
23:21 / 01 May 2026
263
22:53 / 01 May 2026
266
22:36 / 01 May 2026
319
22:25 / 01 May 2026
751
22:20 / 01 May 2026
391
22:11 / 01 May 2026
996
21:59 / 01 May 2026
303
21:57 / 01 May 2026
137
21:48 / 01 May 2026
215
21:44 / 01 May 2026
126
21:40 / 01 May 2026
136
21:35 / 01 May 2026
127
21:33 / 01 May 2026
149
21:30 / 01 May 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.