Qaynar xətt:

(+99450) 247 90 86

Şəkidə yol qəzasında 6 nəfər xəsarət alıb 

news/2025_05_30/1748550184_1642868627_qezaffff_1748576030.jpeg

KRİMİNAL

491

03.10.2025, 20:04

Şəkidə minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Oxu24.com xəbər verir ki APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 17 radələrində Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza zamanı iki minik avtomobili toqquşub. İlkin məlumata görə, avtomobillərdə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirliblər. Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.