Ağac kəsdi,saxlanıldı
26 May 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
603
03.10.2025, 13:49
"Biz Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkova Azərbaycan dilində danışmağı öyrədə bilmədik. Nəcməddin Sadıkovun Rusiyaya bağlılığını mən hələ 1993-cü ildən bilirdim".
Oxu24.com xəbər verir ki, bu sözləri Milli Məclisin keçmiş deputatı Vahid Əhmədov “Media Türk TV”nin efirində səsləndirib.
V.Əhmədov qeyd edib ki, mərhum prezident Heydər Əliyevin göstərişi ilə Füzuliyə gedərkən onların maşını həmin bölgəyə buraxılmayıb - buna N.Sadıkovun adamları imkan verməyib və Füzulidə ermənilərin olduğunu bildiriblər:
“Onlara dedim ki, məndə başqa məlumat var - Füzulidə erməni yoxdur. Soruşdum ki, bunu sizə kim deyib, cavab verdilər Nəcməddin Sadıkov. Çağırdılar, gəldi. Mənə məruzə etdi ki, bəs orada ermənilər var”.
Vahid Əhmədov qeyd edib ki, idddialara baxmayaraq o, Füzuliyə gedib və yolboyu hərbçilərin Füzulidən çıxdığını görüb:
“General Zaur Rzayev də yanımda idi. Maşını saxlatdırdım, soruşdum ki, niyə qayıdırsınız? Bildirdilər ki, bizə deyiblər ki, Füzulidə ermənilər var”.
“Füzuliyə gedəndən sonra gördük ki, orada nə erməni var, nə azərbaycanlı. Gedib oturdum icra başçısının otağında, su içdim. Xəbər aldım ki, heç kim yoxdur - həmin əraziləri tamamilə boşaldıblar. Sonra getdik Cəbrayıla. Orada da post yaradılmışdı, həmin postda da Nəcməddinin adamları var idi. Yenə bizə deyirdilər ki, Cəbrayılda erməni var. Amma getdik İcra hakimiyyətinə, dedim görürsünüz də, burada bir nəfər də erməni yoxdur. O vaxtdan başa düşdüm ki, kəndlərin boşaldılması Rusiyanın işidir” – deyə sabiq deputat bildirib.
16:20 / 26 May 2026
6
16:05 / 26 May 2026
36
15:55 / 26 May 2026
52
15:51 / 26 May 2026
60
15:36 / 26 May 2026
69
15:31 / 26 May 2026
86
15:17 / 26 May 2026
489
15:15 / 26 May 2026
60
15:09 / 26 May 2026
151
15:06 / 26 May 2026
62
14:59 / 26 May 2026
67
14:52 / 26 May 2026
167
14:45 / 26 May 2026
62
14:39 / 26 May 2026
612
14:26 / 26 May 2026
86
14:17 / 26 May 2026
135
14:12 / 26 May 2026
71
14:09 / 26 May 2026
203
14:06 / 26 May 2026
87
14:02 / 26 May 2026
75
13:58 / 26 May 2026
75
13:55 / 26 May 2026
190
13:50 / 26 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.