Ağac kəsdi,saxlanıldı
26 May 2026, 12:09
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
580
03.10.2025, 13:30
"Şərur MTK"nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") xüsusi ittiham qaydasında şikayət üzrə açılmış cinayət işi əsasında məhkəmə prosesi keçirilib.
Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə linqivistik ekspertizanın rəyi elan olunub.
Məhkəmə linqivistik ekspertizası müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib.
İsfəndiyar Axundovun vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu deyib. Onlar AMEA-nın Dilçilik İnstitutundan əlavə müttəxəssis çağırılması ilə bağlı vəsatət veriblər.
Emil Səməndərovun vəkili Asim Abbasov deyib ki, linqivistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib. Ona görə də o, vəsatətin təmin edilməməsini xahiş edib. Məhkəmə də İ.Axundovun vəkillərinin vəsatətini təmin edib.
Daha sonra Emil Səməndərovun vəkili Asim Abbasov məsələyə rəy verən ekspert Almaz Bayramovanın da prosesə çağırılıb dindirilməsi üçün vəsatət verib.
Məhkəmə vəsatətin baxılmasının təxirə salınması ilə bağlı qərar qəbul edib.
Proses AMEA-nın Dilçilik İnstitutundan ekspertin dəvət olunması üçün oktyabrın 16-na kimi təxirə salınıb.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
16:20 / 26 May 2026
6
16:05 / 26 May 2026
36
15:55 / 26 May 2026
52
15:51 / 26 May 2026
60
15:36 / 26 May 2026
69
15:31 / 26 May 2026
86
15:17 / 26 May 2026
489
15:15 / 26 May 2026
60
15:09 / 26 May 2026
151
15:06 / 26 May 2026
62
14:59 / 26 May 2026
67
14:52 / 26 May 2026
167
14:45 / 26 May 2026
62
14:39 / 26 May 2026
612
14:26 / 26 May 2026
86
14:17 / 26 May 2026
135
14:12 / 26 May 2026
71
14:09 / 26 May 2026
203
14:06 / 26 May 2026
87
14:02 / 26 May 2026
75
13:58 / 26 May 2026
75
13:55 / 26 May 2026
190
13:50 / 26 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.