Göyçayda faciə: Ölən var
27 May 2026, 16:30
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
834
23.09.2025, 18:09
Gəncədə ana və oğluna qarşı dələduzluq edilib.
Oxu24.com lent.az-a istinadən xəbər verir ki, Arifə Hüseynova (soyad şərtidir) İqtisad Universitetini bitirən oğlu Emili işə düzəltmək üçün yollar axtarıb.
Bu barədə o, Gəncədəki xəstəxanalardan birinin xadiməsi olan iş yoldaşı 39 yaşlı Məsmə Abdullayeva (soyad şərtidir) ilə məsləhətləşib. Danışıq zamanı Məsmə 26 yaşlı Hülya vasitəsilə Emili şəhərdə Səhiyyə İdarəsinin mühasibi vəzifəsinə düzəldə biləcəyini deyib.
Bunun üçün Arifədən əvvəlcə 6000 manat pul alıblar. Sonra tərəflər Emili "Azərgold"a mühasib düzəldəcəklərini deyib, zərərçəkənlərin əlavə 3500 manatını da almaqla, ümumilikdə 9500 dələduzluq ediblər.
Ana və oğlunun hüquq-mühafizə orqanlarına müraciəti əsasında araşdırmalara başlanılıb və şübhəlilər barəsində Cinayət Məcəlləsinin 178.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə cinayət işi açılıb.
Zərərçəkənlər ifadələrində bildiriblər ki, həmin pulları vermək üçün bankdan faizə pul götürüblər. Onlar məhkəmə istintaqı zamanı həmin kreditlərin təqsirləndirilən şəxslər tərəfindən ödənildiyini, artıq Hülya və Məsməyə qarşı şikayətləri olmadıqlarını deyərək, cinayət işinə xitam verilməsini istəyiblər.
Gəncə şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işi xitam verilib və təqsirləndirilən şəxslər məsuliyyətdən azad olunub.
19:05 / 27 May 2026
1
18:57 / 27 May 2026
35
18:55 / 27 May 2026
30
18:47 / 27 May 2026
46
18:45 / 27 May 2026
43
18:40 / 27 May 2026
46
18:34 / 27 May 2026
48
18:26 / 27 May 2026
62
18:07 / 27 May 2026
58
17:59 / 27 May 2026
515
17:51 / 27 May 2026
86
17:42 / 27 May 2026
83
17:26 / 27 May 2026
88
17:19 / 27 May 2026
89
17:16 / 27 May 2026
108
17:14 / 27 May 2026
74
17:02 / 27 May 2026
104
17:00 / 27 May 2026
308
16:55 / 27 May 2026
79
16:45 / 27 May 2026
982
16:41 / 27 May 2026
74
16:34 / 27 May 2026
91
16:30 / 27 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.