DTX onu axtarışa verib:Nuriyev nə edib?— FOTO
27 May 2026, 19:20
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
611
23.09.2025, 15:22
Bu ilin ötən dövründə xanım sürücülərin iştirakı ilə 107 yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında bildirilib.
Nəticədə 16 nəfər həlak olub, 159 nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunanlarla bağlı qadın sürücülərə müraciət edib: "Baş Dövlət Yol Polisi İdarəsi bütün xanım sürücülərin nəzərinə çatdırır ki, son dövrlər onların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri ciddi narahatçılıq doğurur. Aparılan təhlillər göstərir ki, bəzi hallarda diqqətsizlik, yol hərəkəti qaydalarına riayət olunmaması ağır yol qəzalarının baş verməsinə səbəb olur. Hər bir xanım sürücü, bir ana, həyat yoldaşı və cəmiyyətin dəyərli üzvü olmaqla övladına, ailəsinə və cəmiyyətə qarşı məsuliyyətini dərk edərək, yol hərəkəti qaydalarına tam məsuliyyətlə yanaşmalıdır. Əgər nəqliyyat vasitəsi ilə hərəkət zamanı yüksək sürət, qəfil və təhlükəli manevrlər kimi ekstremal davranışlara həvəs yaranarsa, qadın sürücülər bir anlıq düşünməlidir: “Bu hərəkətlər hara aparır – insan həyatının sonuna, xəstəxanaya, yoxsa həbsxanaya?” Ciddi qayda pozuntuları törədən zaman qadın övladlarını, analıq borcunu, ailəsini, cəmiyyətdəki rolunu və nüfuzunu göz önünə gətirməlidir.
Unutmayın, qadına həbsxana yaraşmır, sürət fəxr deyil, təhlükədir, qəza bir anda baş verir, peşmançılıq isə ömürlük olur".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün xanım sürücüləri soyuqqanlı və məsuliyyətli davranmağa, emosiyaya və riskli hərəkətlərə uymamağa çağırır: "Yol hərəkəti bir yarış deyil – bu, həyatın özüdür".
19:45 / 27 May 2026
4
19:34 / 27 May 2026
31
19:32 / 27 May 2026
28
19:27 / 27 May 2026
38
19:27 / 27 May 2026
37
19:20 / 27 May 2026
282
19:05 / 27 May 2026
42
18:57 / 27 May 2026
70
18:55 / 27 May 2026
68
18:47 / 27 May 2026
83
18:45 / 27 May 2026
75
18:40 / 27 May 2026
68
18:34 / 27 May 2026
67
18:26 / 27 May 2026
85
18:07 / 27 May 2026
66
17:59 / 27 May 2026
751
17:51 / 27 May 2026
100
17:42 / 27 May 2026
92
17:26 / 27 May 2026
97
17:19 / 27 May 2026
98
17:16 / 27 May 2026
116
17:14 / 27 May 2026
80
17:02 / 27 May 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.