Prokuror onların 10 il həbsini tələb edir
27 May 2026, 22:41
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1231
22.09.2025, 09:30
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a bildirilib ki, tədbirlərlə bir ailənin 4 üzvü- əvvəllər də ağır cinayətə görə məhkum olunmuş 65 yaşlı Məmmədsaad Məmmədov, oğlu 34 yaşlı Orxan, arvadı 55 yaşlı Gülnaz və gəlini Dilbər Məmmədovalar saxlanılıb.
Onların Xaçmaz kəndində yaşadıqları ünvana baxış keçirilərkən 3 kiloqrama yaxın marixuana, 138 ədəd çətənə bitkisi və hissələri, eləcə də şüşə qablarda narkotik tərkibli bitkilərin toxumları aşkar olunub.
Saxlanılan şəxslər çətənə kollarını bir müddət əvvəl becərdiklərini və qulluq göstərdiklərini bildiriblər. M. Məmmədov narkotik sifarişlərini qəbul etdikdən sonra arvadı, oğlu və gəlini vasitəsilə deyilən ünvanlara çatdırılmasını təmin edib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə üç nəfər barəsində həbs, D. Məmmədova barəsində isə digər növdən olan qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
01:29 / 28 May 2026
99
00:21 / 28 May 2026
80
00:12 / 28 May 2026
66
00:08 / 28 May 2026
66
00:02 / 28 May 2026
105
23:30 / 27 May 2026
252
23:09 / 27 May 2026
68
23:05 / 27 May 2026
566
23:01 / 27 May 2026
68
22:43 / 27 May 2026
88
22:41 / 27 May 2026
114
22:35 / 27 May 2026
675
22:31 / 27 May 2026
94
22:25 / 27 May 2026
99
22:15 / 27 May 2026
84
22:11 / 27 May 2026
124
21:53 / 27 May 2026
919
21:23 / 27 May 2026
95
21:18 / 27 May 2026
384
21:16 / 27 May 2026
84
21:05 / 27 May 2026
722
20:53 / 27 May 2026
91
20:51 / 27 May 2026
105
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.