Yaşadığı evin həyətində meyiti tapıldı
28 May 2026, 14:59
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
915
18.09.2025, 11:56
Bu gün, sentyabrın 18-də Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə İsfəndiyar Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.
Oxu24.com xəbər verir ki, ötən prosesə “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") vəkili qatılmamışdı.
“Şərurlu İsfəndiyar” Cinayət Məcəlləsinin 147.2 (böhtan) və 148 (təhqir) maddələri ilə ittiham olunmasını əsassız hesab etdiyini bildirib. Xüsusi ittihamçı Emil Səməndərov isə qeyd olunan maddələr üzrə onun təqsirli bilinməsini, cəzalandırılmasını tələb edir.
Hakim iş üzrə təyin edilmiş linqivistik ekspertizanın yekunlaşdığı və ekspertizanın rəyinin məhkəməyə daxil olduğu bildirmişdi. Ötən prosesdə təqsirləndirilən İsfəndiyar Axundovun müsahibələrinin birində zərərçəkən Emil Səməndərovu təhqir etdiyini müəyyən etmək üçün linqvistik ekspertizanın keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdu.
Qeyd edək ki, İsfəndiyar Axundov "Proqress 2016 MTK"nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb. Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında məhkəməyə şikayət edib. O, İsfəndiyar Axundovun qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.
Xüsusi ittihamçı İsfəndiyar Axundovun azadlıqdan məhrum edilməsini istəyir. "Şərurlu İsfəndiyar" Musavat.com əməkdaşına məhkəmənin gedişatı ilə bağlı fikirlərini açıqlamışdı.
İş adamı demişdi ki, ona qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət üzə özünü günahkar bilmir.
-Xüsusi ittihamçı Emil Səməndərovla sülh yolu ilə razılaşma ehtimalı nəzərdən keçirisiz?
-Hazırda məhkəmə gedir. Mən barışıq təklif etməmişəm, ümumiyyətlə, barışıq söhbəti də olmayıb.
-Emil Səməndərovu xüsusi ittihamla çıxış etməsinə əsas olan ifadəni nə əsasla işlətmisiniz? Bu ifadənin faktiki əsası varmı?
-Məsələ belədir ki, qarşı tərəf haqqında jurnalist məndən müsahibə almışdı. Mövzu həmin şəxsin tikinti şirkətində çalışdığı müddətdə insanların pulunu mənimsəməsi ilə bağlı idi. İddia edirlər ki, mən müsahibədə onu dələduz adlandırmışam. Lakin belə bir hal baş verməyib. Bunu özləri də yaxşı bilirlər. Məhkəmədə çıxışım zamanı “dələduz” sözünü işlətmədiyimi qeyd etmişəm.
-Vəkillərinizin məhkəmə prosesinə gəlməməsinin səbəbi nədir? Bu, müdafiə strategiyanızın bir hissəsidir?
-Məhkəmə prosesində vəkilim xəstəliyi ilə əlaqəli iştirak etməyib. Bu prosesdə mənim 1 vəkilim var, o da xəstə olduğuna görə məhkəmədə iştirak edə bilməyib.
-Xüsusi ittihaam təsdiqini tapsa, sizin barənizidə hətta həbs cəzası çıxarılacağını bilirsiniz?
-Mən özümü günahkar hesab etmirəm. Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar. Məni isə dəfələrlə məhkəməyə çağırırlar. Nə istəyirlərsə etsinlər, əllərindən gələni etsinlər. Həbsə belə hazıram, artıq bezmişəm.
16:59 / 28 May 2026
48
16:42 / 28 May 2026
64
16:29 / 28 May 2026
64
16:15 / 28 May 2026
63
16:01 / 28 May 2026
64
15:46 / 28 May 2026
134
15:33 / 28 May 2026
68
15:29 / 28 May 2026
78
15:28 / 28 May 2026
71
15:17 / 28 May 2026
77
15:15 / 28 May 2026
185
15:08 / 28 May 2026
93
14:59 / 28 May 2026
157
14:47 / 28 May 2026
84
14:40 / 28 May 2026
369
14:39 / 28 May 2026
94
14:32 / 28 May 2026
704
14:27 / 28 May 2026
74
14:27 / 28 May 2026
73
13:59 / 28 May 2026
428
13:54 / 28 May 2026
453
13:51 / 28 May 2026
195
13:41 / 28 May 2026
126
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.