Qaynar xətt:

(+99450) 247 90 86

Paytaxtda ağır qəza: 2 ölü, 2 yaralı

Paytaxtda ağır qəza: 2 ölü, 2 yaralı

KRİMİNAL

1400

04.05.2018, 20:11

\"\" Lökbatan qəsəbəsindən paytaxta gələn yolda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu24.com xəbər  verir ki, Səhiyyə Nazirliyinin əməkdaşı Səfayə Əhmədova apa-ya bildirib ki, yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Xəsarət alanlardan ikisi tibbi yardım maşını gəlməmiş yerindəcə keçinib. Xəsarət alan bir qadın və bir kişiyə isə ilkin tibbi yardım göstərildikdən sonra onlar Kliniki Tibbi Mərkəzə çatdırılıb.