Qaynar xətt:

(+99450) 247 90 86

Bu rayonda əməliyyat: Tutulanlar var

news/2025_04_23/polis_eme_1745388876.jpg

KRİMİNAL

1389

26.07.2025, 20:39

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yanğın hadisələrinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Polis Şöbəsindən Oxu24.com-a  verilən məlumata görə araşdırmalar zamanı rayonun Aşağı Quşçu və Bozalqanlı kəndlərində ümumilikdə 0.8 hektar biçilmiş əkin sahəsinin sakinlər tərəfindən qəsdən yandırıldığı müəyyən edilib.

Hadisənin törədilməsində şübhəli bilinən İ. Məmmədov və R. Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülür.