DİN açıqlama yaydı: 4 nəfər ölüb
18 Noyabr 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
478
29.04.2025, 23:32
Quba şəhərində dəhşətli qəza törətmiş sürücüyə hökm oxunub.
Oxu24.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Mercedes-Benz" markalı avtomobillə əks zolağa çıxaraq qəza törədən 28 yaşlı Kənan Cabbarova 5 il 6 ay həbs cəzası verilib.
Hadisə ötən ilin sentyabrında gecə saat 22 radələrində Quba şəhəri Heydər Əliyev prospektində baş verib. Araşdırma zamanı müəyyən edilib ki, Kənan qəzadan əvvəl narkotik vasitə olan metamfetamin qəbul edərək sərxoş vəziyyətə düşüb.
O, avtomobili yüksək sürətlə idarə edərək əks hərəkət istiqamətinə çıxıb və öz yolu ilə hərəkət edən 1982-ci il təvəllüdlü Elşad Qayıbovun sürdüyü maşınla toqquşub. Nəticədə Elşad aldığı xəsarətlərdən ölüb.
Hadisə baş verən gün Elşadın bacısı övladının ad günü imiş və o, məclisə gedərkən qəza ilə üzləşib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kənan Cabbarovun həbs müddətindən sonra 4 il avtomobil idarə etməsi də qadağan edilib.
Qeyd edək ki, hadisədən sonra dəhşətli qəzanın görüntüləri yayılmışdı.
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.