DİN açıqlama yaydı: 4 nəfər ölüb
18 Noyabr 2026, 21:03
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
508
22.04.2025, 17:38
Gəncədə məktəblilər arasında dava olub.
Oxu24.com xəbər verir ki, Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdləri - 2009-cu il təvəllüdlü F.Q., 2010-cu il təvəllüdlü A.H. və R.H. müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Gəncə şəhərindəki xəstəxanalardan birinə yerləşdiriliblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, şagirdlər arasındakı insidentlə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılır:
“Araşdırmalar zamanı başqa bir şagirdin xəsarət alaraq xəstəxanaya müraciət etməsi məlum olub. Hazırda müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir”.
***
Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, bu gün saat 14:10 radələrində 2008-ci il şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunub:
“Sol gözünün hematoması və dəqiqləşdirilməmiş kəllə-beyin travması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir. Xəstəxanaya 1 nəfər gətirilib”.“Qafqazinfo”
00:22 / 19 Noyabr 2026
147
23:10 / 18 Noyabr 2026
103
22:45 / 18 Noyabr 2026
99
22:40 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
101
22:25 / 18 Noyabr 2026
109
22:15 / 18 Noyabr 2026
102
22:11 / 18 Noyabr 2026
115
21:55 / 18 Noyabr 2026
109
21:53 / 18 Noyabr 2026
289
21:40 / 18 Noyabr 2026
123
21:26 / 18 Noyabr 2026
119
21:20 / 18 Noyabr 2026
119
21:09 / 18 Noyabr 2026
123
21:03 / 18 Noyabr 2026
479
20:53 / 18 Noyabr 2026
148
20:50 / 18 Noyabr 2026
126
20:45 / 18 Noyabr 2026
336
20:42 / 18 Noyabr 2026
178
20:40 / 18 Noyabr 2026
136
20:34 / 18 Noyabr 2026
144
20:28 / 18 Noyabr 2026
138
20:19 / 18 Noyabr 2026
801
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.