Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşır
07 Noyabr 2026, 09:43
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
1421
24.09.2026, 20:57
İnflyasiya şəraitində vəsaitlərin bank əmanətlərində saxlanılması pulun dəyərinin qorunması baxımından ən çox müzakirə olunan mövzulardan biridir. Vətəndaşlar qənaət etdikləri pulların dəyərini itirməməsi üçün müxtəlif investisiya və saxlanc alətlərinə üz tuturlar. Bankların təklif etdiyi depozit faizləri ilə yanaşı, daşınmaz əmlak və ya digər alternativ gəlir mənbələri də daimi diqqət mərkəzindədir. Hazırkı dövrdə Azərbaycanda inflyasiya səviyyəsi 5,7 faiz təşkil etdiyi halda, bankların təklif etdiyi depozit faizləri bu göstəricidən yüksəkdir. Lakin hər bir vətəndaşın maliyyə imkanları və ehtiyacları fərqli olduğundan, pulun yerləşdirilməsi ilə bağlı seçimlər də dəyişir. Kimi vəsaitini bankda etibarlı şəkildə saxlamağa üstünlük verir, kimi isə daha gəlirli alternativləri dəyərləndirməyə çalışır. Bu kontekstdə əmanətlərin dövlət tərəfindən sığortalanması məsələsi də əhalinin qərarlarına birbaşa təsir edən əsas amillərdəndir.
Məsələ ilə bağlı Oxu24.com saytına danışan iqtisadçı Xalid Kərimli vətəndaşlar üçün mövcud imkanları, riskləri və optimal yolları geniş şəkildə təhlil edib.
Onun sözlərinə görə, Azərbaycanda rəsmi inflyasiya 5,7% olduğu halda, banklar tərəfindən verilən illik gəlirlilik faizi 9-11% arasında dəyişir. Bu da o deməkdir ki, bankların verdiyi depozit faizləri inflyasiya göstəricisindən daha yüksəkdir.
İqtisadçı bildirib ki, Azərbaycanda 100 min manata qədər olan əmanətlər dövlət tərəfindən sığortalanır və banklar bu müddətlər üzrə vətəndaşlara 9-11% gəlirlilik təmin edir:
Oxu: Bizi su böhranı gözləyə bilərmi? — Azərbaycanın su ehtiyatı ilə bağlı AÇIQLAMA
Qarışqaların bu hərəkəti sizi şoka salacaq -MARAQLI
Ananın adına olan ev övladların icazəsi olmadan satıla bilərmi?
“Vətəndaş banka pul qoymağa məcbur deyil; əgər düzgün qiymətləndirilsə, alternativ olaraq 15-25% və ya hətta 55% faizlə qazanc əldə etməyə imkan verən sabit, sığortalı və fix gəlir verən istiqamətlərə də yönəlmək olar. Lakin hər bir seçimin özünəməxsus riskləri və problemləri mövcuddur”.
Xalid Kərimli qeyd edib ki, vətəndaş cibindəki məbləğə uyğun olaraq daşınmaz əmlak ala bilər, lakin hər məbləğlə əmlak almaq mümkün deyil. Məsələn, 3 min manatı banka qoya bilərsiniz, lakin həmin vəsaitlə daşınmaz əmlak almaq qeyri-mümkündür. Daşınmaz əmlakın qiyməti illər ərzində artsa da, bu, dərhal hər il stabil artım və ya ani likvidlik demək deyil.
O vurğulayıb ki, sahibkar şəxs banka pul qoymaq əvəzində həmin vəsaitlə kondisioner və ya kombi alıb satmaqla daha yüksək gəlir əldə edə bilər:
“Axşama qədər xəstəxanada və ya digər yerlərdə muzdlu işlə məşğul olan, işdən sonra əlində müəyyən qədər artıq pul qalan vətəndaş üçün isə bank depoziti müvəqqəti və daha rahat alternativ olaraq qala bilər”.
Nəticə etibarilə, vəsaitlərin inflyasiyadan qorunması və səmərəli şəkildə dəyərləndirilməsi hər bir vətəndaşın şəxsi maliyyə imkanlarından, risk iştahından və əlindəki məbləğin həcmindən birbaşa asılıdır. Bank depozitləri hazırda inflyasiya səviyyəsini üstələyən gəlirlilik təqdim etsə də və 100 min manata qədər olan hissəsi dövlət tərəfindən sığortatlansa da, hər kəs öz hədəflərinə uyğun olaraq daşınmaz əmlak, biznes yatırımları və ya digər alternativ maliyyə alətlərini də nəzərdən keçirə bilər. Əsas şərt isə mövcud riskləri və imkanları düzgün təhlil edərək ən optimal qərarı verməkdir.
Çimnaz Telmanqızı
Həmçinin oxuyun
18:12 / 07 Noyabr 2026
1
18:08 / 07 Noyabr 2026
18
17:52 / 07 Noyabr 2026
173
17:37 / 07 Noyabr 2026
110
17:34 / 07 Noyabr 2026
456
17:32 / 07 Noyabr 2026
84
17:30 / 07 Noyabr 2026
78
16:55 / 07 Noyabr 2026
80
16:31 / 07 Noyabr 2026
100
15:55 / 07 Noyabr 2026
111
15:23 / 07 Noyabr 2026
553
15:17 / 07 Noyabr 2026
147
15:02 / 07 Noyabr 2026
286
14:52 / 07 Noyabr 2026
638
14:47 / 07 Noyabr 2026
201
14:41 / 07 Noyabr 2026
299
14:36 / 07 Noyabr 2026
146
14:18 / 07 Noyabr 2026
245
13:57 / 07 Noyabr 2026
559
13:41 / 07 Noyabr 2026
1202
13:27 / 07 Noyabr 2026
596
13:12 / 07 Noyabr 2026
143
13:03 / 07 Noyabr 2026
524
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.