Maskın sərvəti rekord həddə çatdı
28 Noyabr 2026, 20:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
55
28.11.2026, 20:24
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putin üçün həm strateji, həm də siyasi simvol sayılan Krım körpüsünün qalan hissəsinin də tamamilə sıradan çıxarılması barədə komandirlərə tapşırıq verib.
Oxu24.com xəbər verir ki, “The Telegraph” nəşrinə danışan Ukrayna hərbi mənbələrinin sözlərinə görə, Kiyev Rusiyanı işğal olunmuş Krımla birləşdirən körpüyə yeni və həlledici zərbələr endirməyə hazırlaşır.
Xatırladaq ki, noyabrın 18-də Ukrayna ordusu dronlar və qanadlı raketlərdən istifadə edərək körpünün əsas hissələrini yararsız hala salmışdı. Yeddi mərhələli həmin əməliyyatda Rusiya hava hücumundan müdafiə sistemlərini yarmaq üçün 11 fərqli silah sistemindən istifadə olunub.
Gecəyarısı Ukraynanın cənub sahillərindən buraxılan yerli istehsal olan “Neptun” raketlərinin zərbəsi nəticəsində dördzolaqlı avtomobil yolu və dayaq tağı Kerç boğazına çöküb. Ertəsi gecə keçirilən ikinci hücumda isə ağır yük qatarları üçün nəzərdə tutulan dəmir yolu xəttinə ciddi ziyan dəyib. Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatına əsasən, quru keçidi tamamilə sıradan çıxsa da, dəmir yolu xətlərindən biri hələ də işlək vəziyyətdə qalıb. Dağıntılar isə Azov və Qara dənizlər arasında gəmiçiliyi müvəqqəti dayandırıb.Qafqazinfo
2014-cü ildə Krımın ilhaqından sonra inşa edilən və 2018-ci ildə Putinin şəxsən yük maşını ilə keçərək açılışını etdiyi 20 kilometrlik körpü Rusiya ordusunun cənub cəbhəsindəki əsas təchizat damarı hesab olunur.
Hərbi mənbələr bildirirlər ki, Kiyev bu hədəfi tamamilə bitirmək üçün “Neptun” raketlərinin istehsalını kəskin artırır. 2022-ci ildə Rusiyanın “Moskva” kreyserini batırmaqla məşhurlaşan bu raketlərin artıq yerüstü hədəfləri vuran və 1000 kilometr məsafə qət edən yeni versiyaları hazırlanıb. Hətta “Flaminqo” qanadlı raket layihəsinin resurslarının bir hissəsinin də “Neptun” istehsalına yönəldiləcəyi qeyd olunur.
20:16 / 28 Noyabr 2026
42
20:04 / 28 Noyabr 2026
68
19:43 / 28 Noyabr 2026
82
19:36 / 28 Noyabr 2026
83
19:20 / 28 Noyabr 2026
86
19:08 / 28 Noyabr 2026
98
18:59 / 28 Noyabr 2026
113
18:48 / 28 Noyabr 2026
98
18:35 / 28 Noyabr 2026
100
18:30 / 28 Noyabr 2026
104
18:16 / 28 Noyabr 2026
125
17:43 / 28 Noyabr 2026
119
16:40 / 28 Noyabr 2026
164
16:35 / 28 Noyabr 2026
138
16:07 / 28 Noyabr 2026
141
15:49 / 28 Noyabr 2026
606
15:41 / 28 Noyabr 2026
229
15:07 / 28 Noyabr 2026
239
14:55 / 28 Noyabr 2026
175
14:38 / 28 Noyabr 2026
326
14:09 / 28 Noyabr 2026
209
13:52 / 28 Noyabr 2026
932
13:22 / 28 Noyabr 2026
1351
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.