Qaynar xətt:

(+99450) 247 90 86

“Sədərək” və “Binə” bağlanır? 

“Sədərək” və “Binə” bağlanır? 

CƏMİYYƏT

133

28.11.2026, 10:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin “Abşeron” Ticarət Mərkəzinə köçürüləcəyi ilə bağlı iddia yayılıb. Bildirilib ki, hər iki ticarət mərkəzinin yerində universitet tikiləcək.

Oxu24.com  xəbər verir ki, “Sədərək” Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim məsələ ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, ticarət mərkəzi fəaliyyətini əvvəlki qaydada davam etdirir:

“Birmənalı olaraq vurğulayıram ki, bu, tamamilə əsassız və yanlış məlumatdır, dezinformasiyadır. “Sədərək” Ticarət Mərkəzi hələ də öz fəaliyyətini davam etdirir, işlər əvvəlki qaydada gedir. Sahibkarlara və ictimaiyyətə müraciət edirəm ki, narahatlığa əsas yoxdur”.

K.Qədim əlavə edib ki, yayılan məlumatlar sahibkarlar və ictimaiyyət arasında çaşqınlıq yaradıb.

“Binə” Ticarət Mərkəzində çalışan sahibkarlardan biri də deyilənləri təkzib edib:

“Bizə belə bir tapşırıq verilməyib. Bu haqda məlumatımız da yoxdur”.