Qaynar xətt:

(+99450) 247 90 86

Pirallahıda evlərdən oğurluq olub, iki keçmiş məhkum saxlanılıb 

Pirallahıda evlərdən oğurluq olub, iki keçmiş məhkum saxlanılıb 

KRİMİNAL

50

28.11.2026, 12:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Pirallahıda oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş iki nəfər saxlanılıb.

Oxu24.com  xəbər verir ki, şəxslərdən biri anbar kimi istifadə edilən tikilidən soyuducu və kondisioner mühərrikləri, alüminium qapı-pəncərə çərçivələri və plastik borular olmaqla, ümumilikdə 9210 manat dəyərində əmlakı talayıb. Oğurladığı əşyaları satdığı müəyyən edilən əvvəllər də məhkum olunmuş Rövşən Xəlilov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Digər fakt üzrə isə rayon ərazisində yerləşən marketlərdən birindən 1200 manat dəyərində spirtli içkilər oğurlayan, əvvəllər məhkum olunmuş Amid Səlimov polis tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.