Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlikdəki vəzifəsini itirdi - FOTO

Nazirlikdəki vəzifəsini itirdi - FOTO

CƏMİYYƏT

55

28.11.2026, 19:43

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) şöbə müdiri vəzifəsindən ayrılıb.

Oxu24.com bildirir ki,Yurd.Media-nın əldə etdiyi məlumata görə, bununla bağlı Agentlik sədri Sərdar Hacıyev müvafiq əmr imzalayıb.

Belə ki, Hacıağa Əhmədov AXA-nın şöbə müdiri vəzifəsindən azad olunub.

O, 2025-ci ilin noyabrından 2026-cı ilin noyabrınadək qurumda şöbə rəhbəri vəzifəsində çalışıb.

H.Əhmədov 2022-ci ilin sentyabrından 2025-ci ilin noyabrınadək Aqrar Xidmətlər Agentliyində baş mühəndis, 2021-ci ilin yanvarından 2022-ci ilin sentyabrınadək isə aqrar mütəxəssis vəzifəsini icra edib.

Beləliklə, o, Agentlikdə təxminən 5 il 11 ay fəaliyyət göstərib və bu müddət ərzində aqrar mütəxəssisdən şöbə rəhbəri vəzifəsinədək yüksəlib.