Mərkəzi Bank kreditlərin verilməsi qaydalarını dəyişib
12 Oktyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
255
27.08.2026, 15:15
Azərbaycanda əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların əmək bazarında iştirak imkanları hazırda ən aktual sosial-iqtisadi məsələlərdən biridir. Mövcud qanunvericilik bazası bu kateqoriyadan olan vətəndaşların hüquqlarını kağız üzərində tam təmin etsə də, təcrübədə ciddi problemlər və maneələr müşahid olunur. Uzun illərdir yürüdülən sosial siyasətin əsasən nağd ödənişlər və müavinətlərlə məhdudlaşması, əlilliyi olan insanların cəmiyyətə tam inteqrasiyasına imkan vermir. İşəgötürənlər üçün müəyyən edilən kvota mexanizmi də əksər hallarda formal xarakter daşıyır və real iş yerlərinin yaradılması ilə nəticələnmir. Nəticədə, işləmək və öz əməyi ilə gəlir qazanmaq istəyən minlərlə şəxs əmək bazarının kənarında qalmaq məcburiyyətində qalır. Məsələnin həlli üçün dövlətin sosial yardım strategiyasından dayanıqlı məşğulluq modelinə keçməsi və biznes subyektləri üçün real iqtisadi stimullar yaratması tələb olunur.
Mövzu ilə bağlı Oxu24.com-a beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov açıqlama verib.
İqtisadçı bildirib ki, əlilliyi olan şəxslərin məşğulluğu məsələsində Azərbaycanda əsas problem qanunvericiliyin olmaması deyil, qanunla real həyat arasındakı uçurumdur:
“Kağız üzərində kifayət qədər hüquqlar və mexanizmlər mövcuddur, amma həmin hüquqların əmək bazarında real imkanlara çevrilməsi ciddi sual olaraq qalır. Biz illərdir sosial siyasəti əsasən müavinət və ödənişlərlə ölçürük. Halbuki əlilliyi olan insana yalnız sosial yardım vermək onun cəmiyyətə inteqrasiyası demək deyil. Əgər insan işləmək, gəlir əldə etmək, peşə qazanmaq və özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etmək istəyirsə, dövlət onun qarşısında real əmək bazarı yaratmalıdır”.
“Kvota sadəcə statistik göstəriciyə çevrilir”
A.İbrahimovun sözlərinə görə, kvota məsələsində formal yanaşmadan imtina etmək lazımdır:
“İşəgötürənə ‘müəyyən sayda əlilliyi olan şəxs işə götür’ deməklə məsələ həll olunmur. Əgər müəssisədə həmin insan üçün uyğun iş yeri, infrastruktur, nəqliyyat, avadanlıq və normal əmək şəraiti yaradılmayıbsa, kvota sadəcə statistik göstəriciyə çevrilir. Daha pisi isə odur ki, bəzi hallarda işəgötürən üçün bu, əlavə inzibati yük kimi qəbul olunur. Burada dövlətin məsuliyyəti daha böyükdür. Dövlət bir tərəfdən biznesdən sosial məsuliyyət tələb edirsə, digər tərəfdən həmin biznesin qarşılaşdığı iqtisadi xərcləri də nəzərə almalıdır. İş yerinin uyğunlaşdırılması, xüsusi avadanlıq, əməkhaqqı və digər xərclər üçün real subsidiya və vergi stimulları yaradılmalıdır”.
Ekspert vurğulayıb ki, əlilliyi olan şəxslərin məşğulluğunda ən böyük problem işəgötürənin onları “işçi” kimi deyil, “sosial layihə” kimi görməsidir:
“Bu yanaşma dəyişməlidir. İnsan yalnız əlilliyinə görə işə götürülməməlidir, amma əlilliyi səbəbindən əmək bazarından da kənarda saxlanılmamalıdır. Əslində dövlətin qarşısında çox sadə bir sual dayanır: Biz əlilliyi olan insanlara sadəcə müavinət verib evdə saxlamaq istəyirik, yoxsa onların öz əməyindən gəlir əldə etməsinə şərait yaratmaq? Əgər məqsəd real inteqrasiyadırsa, onda siyasət ‘müavinət verək’ səviyyəsindən ‘iş yeri yaradaq’ səviyyəsinə keçməlidir. Bunun üçün kvota ilə yanaşı vergi güzəştləri, əməkhaqqı subsidiyaları, peşə hazırlığı, iş yerlərinin uyğunlaşdırılması və işəgötürənlərin çəkdiyi əlavə xərclərin kompensasiyası tətbiq edilməlidir”.
Asif İbrahimov son olaraq bildirib ki, əks halda illərlə statistikalarda “hüquqları təmin olunan” və “məşğulluğu dəstəklənən” şəxslərin sayı göstəriləcək, amma həmin insanların böyük hissəsi yenə də əmək bazarının kənarında qalacaq. Sosial dövlət insanı sadəcə dolandıran deyil, öz əməyilə yaşaya bilməsi üçün şərait yaradan dövlətdir.
Çimnaz Telmanqızı
03:05 / 13 Oktyabr 2026
534
01:20 / 13 Oktyabr 2026
141
00:44 / 13 Oktyabr 2026
1392
00:38 / 13 Oktyabr 2026
220
00:35 / 13 Oktyabr 2026
1035
00:33 / 13 Oktyabr 2026
161
00:13 / 13 Oktyabr 2026
194
00:08 / 13 Oktyabr 2026
430
00:07 / 13 Oktyabr 2026
278
00:05 / 13 Oktyabr 2026
218
23:56 / 12 Oktyabr 2026
124
23:49 / 12 Oktyabr 2026
259
23:46 / 12 Oktyabr 2026
1160
23:32 / 12 Oktyabr 2026
159
23:25 / 12 Oktyabr 2026
140
23:17 / 12 Oktyabr 2026
359
23:16 / 12 Oktyabr 2026
151
23:14 / 12 Oktyabr 2026
265
23:04 / 12 Oktyabr 2026
107
23:04 / 12 Oktyabr 2026
1471
23:01 / 12 Oktyabr 2026
164
22:54 / 12 Oktyabr 2026
162
22:43 / 12 Oktyabr 2026
173
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.