Mərkəzi Bank kreditlərin verilməsi qaydalarını dəyişib
12 Oktyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
296
25.08.2026, 15:30
Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur.
Manat necə bərkidi? Fransada çap olundu: «Üzərində 7 nəfərin şəkli olmalı idi, ikisinin üzərində dayandılar» - BİZNES TARİXİ
Bu barədə numizmat Fərhad Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 50 min manatlıq əskinas 1996-cı ildə dövriyyəyə buraxılıb və 2006-cı ilədək istifadə olunub. Əskinasın eni 32, uzunluğu isə 66 millimetr təşkil edib.
Əskinas 1995-ci ildə Milli Bankın sifarişi ilə İngiltərənin "De La Rue" şirkəti tərəfindən hazırlanıb. Yaşıl rəngdə olan pulun ön hissəsində Naxçıvanın məşhur memarlıq abidələrindən olan Möminə Xatun türbəsi təsvir edilib. Arxa hissədə isə milli ornamentlərlə bəzədilmiş çərçivə və nominalın rəqəm və yazı ilə ifadəsi yer alıb.
Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan əskinaslarında seriya nömrələrinin iki müxtəlif rəngdə - solda qırmızı, sağda isə qara rəngdə göstərilməsi ilk dəfə bu əskinasda tətbiq olunub.
Bəs vaxtilə 50 min manat olan bu əskinas indi neçə manat edir?
Məlumata görə, əskinasın kolleksiya bazarındakı qiyməti onun vəziyyətindən və seriyasından asılı olaraq dəyişir.
Dövriyyədə olmuş, orta və yaxşı vəziyyətdə saxlanılan nümunələr təxminən 15-20 manata satılır.
Dövriyyəyə buraxılmamış və əla vəziyyətdə olan əskinasların qiyməti isə 140-160 manat arasında dəyişə bilər. AA, AC və BA prefiksli, eləcə də qeyri-adi seriya nömrələrinə malik nümunələr daha yüksək qiymətə alınıb-satıla bilər.
Xarici hərraclarda isə bu məbləğ daha da yüksələ bilir. Belə ki, dövriyyəyə buraxılmamış 1995-ci il nümunələrindən biri iyunun 21-də "eBay" hərracında 149 dollara, yəni təxminən 253 manata satılıb.
Beləliklə, vaxtilə gündəlik alış-verişdə istifadə olunan 50 min manatlıq köhnə əskinas bu gün vəziyyətindən və seriyasından asılı olaraq kolleksiyaçılar üçün yüzlərlə manat dəyərində ola bilər. (Trend)
03:05 / 13 Oktyabr 2026
167
01:20 / 13 Oktyabr 2026
124
00:44 / 13 Oktyabr 2026
994
00:38 / 13 Oktyabr 2026
206
00:35 / 13 Oktyabr 2026
681
00:33 / 13 Oktyabr 2026
141
00:13 / 13 Oktyabr 2026
170
00:08 / 13 Oktyabr 2026
348
00:07 / 13 Oktyabr 2026
247
00:05 / 13 Oktyabr 2026
192
23:56 / 12 Oktyabr 2026
120
23:49 / 12 Oktyabr 2026
235
23:46 / 12 Oktyabr 2026
1050
23:32 / 12 Oktyabr 2026
152
23:25 / 12 Oktyabr 2026
131
23:17 / 12 Oktyabr 2026
234
23:16 / 12 Oktyabr 2026
134
23:14 / 12 Oktyabr 2026
238
23:04 / 12 Oktyabr 2026
104
23:04 / 12 Oktyabr 2026
1393
23:01 / 12 Oktyabr 2026
159
22:54 / 12 Oktyabr 2026
150
22:43 / 12 Oktyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.