Mərkəzi Bank kreditlərin verilməsi qaydalarını dəyişib
12 Oktyabr 2026, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
247
05.08.2026, 11:18
Gündəlik həyatda ticarət və xidmət obyektlərində ən çox qarşılaşdığımız məsələlərdən biri POS-terminal bəhanələridir. Bir çox obyektlərdə "terminal işləmir" və ya "bankda texniki problem var" deyilərək ödənişin kartdan karta atılması təklif olunur. Lakin bu cür təkliflər tamamilə qanunsuzdur və istehlakçıların hüquqlarını pozur. Vətəndaşların ödənişi məhz POS-terminal vasitəsilə həyata keçirməyi tələb etmək tam hüququ vardır. Qanunvericiliyin bu tələbini pozan ticarət və xidmət obyektləri üçün ciddi maliyyə sanksiyaları nəzərdə tutulub. Bu məsələ həm vergi yayınmalarının qarşısını almaq, həm də nağdsız ödəniş ekosistemini qorumaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Oxu24.com xəbər verir ki, Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə cihazın quraşdırılmaması və ya quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara:
•Birinci dəfə yol verdikdə – 1000 manat,
•İkinci dəfə yol verdikdə – 3000 manat,
•Üç və daha çox dəfə yol verdikdə isə – 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Ticarət və xidmət obyektlərində "POS-terminal yoxdur", "hazırda terminal işləmir" və ya "bankda texniki problem var" kimi bəhanələr əsas gətirilərək ödənişin şəxsi karta köçürülməsinin tələb olunması qanunsuz əməldir. Vətəndaşlar bu kimi hallarla qarşılaşdıqda ödənişin POS-terminal vasitəsilə qəbulunu tələb etməli, imtina edildiyi təqdirdə isə aidiyyəti vergi orqanlarına müraciət etməlidirlər.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.