Azərbaycan pambıq iplik ixracından gəlirini 82 %-ə yaxın artırıb
21 Avqust 2026, 18:20
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
536
10.06.2026, 20:16
Son günlər ölkə üzrə bəzi mağazalarda əsas istehlak məhsullarının qiymətlərində artım müşahidə olunur. Xüsusilə şokolad, kərə yağı, duru yağlar, məişət salfetləri kimi gündəlik istifadə olunan məhsullarda qiymət dəyişikliyi var.
Oxu24.com xəbər verir ki, bəzi məhsullar əvvəlki qiymətindən xeyli yüksək “standart qiymət”lə satışa çıxarılır, daha sonra isə endirim tətbiq edilərək qiymətlərin aşağı salındığı göstərilir. Lakin nəticədə endirimli qiymətin belə əvvəlki real satış qiymətindən yüksək olduğu üzə çıxır.
Şokolad məhsulları:
Alpen Gold: əvvəl 2.20 AZN olan qiymət 4.20 AZN-ə qədər yüksəlib. Hazırda endirimlə 2.60 AZN-ə təklif edilir;
Milka: əvvəl 3.20 AZN olan qiymət 5.50 AZN göstərilir. Endirimli satış qiyməti isə 3.40 AZN-dir.
Kərə yağı:
Anchor: əvvəl 19.00–21.00 AZN olan kilo qiyməti hazırda 24.95 AZN-dir. Endirimli qiymət 22.95 AZN göstərilir.
French Cow: əvvəl 20.00–22.00 AZN aralığında olan qiymət 28.90 AZN-ə qalxıb. Endirimlə 24.19 AZN-ə təklif olunur.
President: əvvəl 24–26 AZN olan qiymət 37.69 AZN-ə yüksəlib, endirimli satış isə 34.69 AZN-dir.
Azərsüd: əvvəl 19.00 AZN olan qiymət 23.50 AZN-ə qədər artıb.
Duru yağlar:
Zeytun yağı (Zeytun Bağları, 1 litr): əvvəl 15 AZN olan qiymət 19.19 AZN-dir. Endirimli satış qiyməti isə 17–18 AZN aralığında dəyişir.
Salfetka və məişət məhsulları:
3 qat, 6 rulon “Aura” mətbəx dəsmalı: əvvəl 9–10 AZN olan qiymət hazırda 14.19 AZN-dir. Endirimlə 10–11 AZN-ə satılır.
“Selpak” mətbəx salfeti (6 rulon): əvvəl 7–8 AZN olan qiymət 16.89 AZN-ə yüksəlib. Endirimli qiymət isə 9.99 AZN-dir.
Qeyd edək ki, endirimli qiymətlər hər zaman tətbiq olunmur və bəzi hallarda məhsullar yalnız “əsas qiymət”lə satışa çıxarılır./Musavat.com /
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.