Azərbaycan pambıq iplik ixracından gəlirini 82 %-ə yaxın artırıb
21 Avqust 2026, 18:20
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
939
04.06.2026, 12:55
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qadınların pensiya təminatının yaxşılaşdırılması üçün yeni mexanizmlərin nəzərdən keçirilə biləcəyini bildirib.
Deputat qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqi, eləcə də tək qadınlar üçün daha erkən pensiyaya çıxmaq hüququnun qanunvericilikdə ayrıca meyar kimi müəyyənləşdirilməsinin müzakirə oluna biləcəyini qeyd edib.
Azərbaycanda tək qadınlar üçün ayrıca erkən pensiya hüququnun tətbiqi nə dərəcədə məqsədəuyğundur? Bu addım sosial ədalətin təmin olunmasına xidmət edə bilərmi, yoxsa pensiya sisteminə əlavə maliyyə yükü yarada bilər? Qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqi praktikası Azərbaycanda effektiv nəticə verərmi?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimli bildirib ki, qadınların pensiya təminatının yaxşılaşdırılması ilə bağlı təklifləri ümumilikdə müsbət qiymətləndirmək olar.
Onun sözlərinə görə, qadınlar əmək fəaliyyəti dövründə kişilərlə müqayisədə daha çox sosial yük daşıyırlar. Uşaq tərbiyəsi, ailə üzvlərinə qulluq və digər səbəblərdən onların əmək bazarında fasilələri daha çox olur ki, bu da gələcək pensiya kapitalının formalaşmasına mənfi təsir göstərir:
“Bu baxımdan tək qadınlar üçün daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi sosial ədalətin gücləndirilməsi istiqamətində vacib addım ola bilər. Xüsusilə ailə yükünü təkbaşına daşıyan, həyat yoldaşını itirmiş və ya uzun illər övladlarını tək böyütmüş qadınların sosial müdafiəsinin artırılmasına ehtiyac var. Belə bir mexanizm həmin kateqoriyadan olan qadınların rifahının yaxşılaşmasına və onların sosial təminatının gücləndirilməsinə xidmət edə bilər. Pensiya kapitalına əlavə əmsalların tətbiqi də müsbət nəticələr verə bilər. Bu yanaşma qadınların əmək fəaliyyətində yaranan məcburi fasilələrin müəyyən hissəsinin kompensasiya edilməsinə imkan yaradar. Nəticədə pensiya məbləğləri yüksələr və yaşlı dövrdə qadınların yoxsulluq riski azalar”.
İqtisadçı qeyd edib ki, belə dəyişikliklərin tətbiqi zamanı pensiya sisteminin maliyyə dayanıqlığı da nəzərə alınmalıdır:
“Lakin dövlət büdcəsinin sosialyönümlü xərclərinin artırılması və sosial müdafiə tədbirlərinin gücləndirilməsi fonunda qadınların pensiya təminatının yaxşılaşdırılması uzunmüddətli perspektivdə cəmiyyətin rifahına xidmət edən investisiya kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, qadınların, xüsusilə də tək yaşayan və ailə məsuliyyətini uzun illər üzərində daşımış qadınların pensiya hüquqlarının genişləndirilməsi sosial dövlət prinsiplərinə uyğun olmaqla yanaşı, əhalinin həssas qruplarının müdafiəsinin gücləndirilməsi baxımından da əhəmiyyətli addım olacaq”.
Qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqindən də danışan mütəxəssis bildirib ki, beynəlxalq təcrübədə buna oxşar mexanizmlər mövcuddur:
“Bir sıra Avropa ölkələrində uşaqların tərbiyəsinə sərf olunan dövr pensiya stajına daxil edilir və ya həmin müddətlər üçün dövlət tərəfindən əlavə sosial sığorta haqları hesablanır. Bunun məqsədi qadınların əmək bazarından müvəqqəti ayrılması nəticəsində yaranan pensiya itkilərini kompensasiya etməkdir. Azərbaycanda da qadınların pensiya kapitalına əlavə əmsalların tətbiqi müəyyən nəticələr verə bilər. Lakin bu mexanizm bütün qadınlara deyil, konkret sosial funksiyaları yerinə yetirmiş qruplara şamil olunarsa daha effektiv olar.
Əks halda, sistemdə sığorta prinsipi zəifləyə və əlavə fiskal yük formalaşa bilər. Hesab edirəm ki, tək qadınlar üçün ayrıca erkən pensiya hüququnun tətbiqindən daha çox, onların pensiya hüquqlarının gücləndirilməsi üçün diferensial yanaşmaların, uşaq tərbiyəsi, qayğı fəaliyyəti və əmək bazarındakı fasilələrin kompensasiyası mexanizmlərinin yaradılması daha səmərəli və maliyyə baxımından dayanıqlı həll ola bilər. Bu həm sosial ədalət prinsipinə daha çox uyğun gəlir, həm də pensiya sisteminin uzunmüddətli sabitliyini qorumağa imkan verəcək”.
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.