Azərbaycan pambıq iplik ixracından gəlirini 82 %-ə yaxın artırıb
21 Avqust 2026, 18:20
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
792
02.06.2026, 23:11
"Azərbaycanın buğda idxalını artırması və yerli istehsalın ötən illə müqayisədə demək olar ki, eyni səviyyədə qalması çörəyin qiymətinə təsirsiz ötüşə bilməz. Bununla bağlı hələ ilin əvvəlində qeyd etmişdik ki, 2026-cı ildə un və çörək məhsullarının qiymətində müəyyən artım ehtimalı mövcuddur".
Oxu24.com xəbər verir ki, bunu “baku.ws”ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, bu proqnozun əsas səbəbləri arasında qlobal inflyasiya, enerji daşıyıcılarının bahalaşması və beynəlxalq bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərindəki dəyişikliklər yer alır.
Xarici bazarlarda baş verən proseslər Azərbaycan bazarına da təsir göstərir və nəticədə istehsalçıların xərcləri artır:
"İlin ilk aylarında bəzi çörək növlərinin qiymətində artıq müəyyən artımlar müşahidə olundu. Bu da onu göstərir ki, bazarda qiymət təzyiqləri hələ də qalmaqdadır. Bununla belə, çörək sosial əhəmiyyətli məhsul olduğundan dövlət bu sahəyə xüsusi diqqət ayırır. Məhz buna görə də müxtəlif dəstək mexanizmləri hesabına qiymətlərin kəskin şəkildə yüksəlməsinin qarşısını almağa çalışılır.
Hazırda qiymətlərin formalaşmasına təsir edən əsas amillərdən biri idxaldan asılılığın artmasıdır. Yerli istehsalın ciddi şəkildə genişlənməməsi fonunda idxalın həcminin yüksəlməsi Azərbaycanın xarici bazarlardakı qiymət dəyişikliklərinə daha həssas olmasına səbəb olur.
Ölkəmizin əsas buğda tədarükçüləri Rusiya və Qazaxıstandır. Bu ölkələrdə baş verən qiymət artımları, məhsuldarlıq dəyişiklikləri və logistika xərcləri birbaşa olaraq Azərbaycanın ərzaq bazarına təsir edir. Eyni zamanda nəqliyyat, yanacaq, elektrik enerjisi və digər istehsal xərclərinin yüksəlməsi də çörəyin maya dəyərini artıran amillər sırasındadır".
AQC sədri əlavə edib ki, bütün bu faktorlar nəzərə alındıqda gələcək dövrdə çörəyin qiymətində müəyyən artım ehtimalı qalır:
"Ancaq bahalaşmanın kəskin olacağı gözlənilmir. Çünki hökumət həm ərzaq təhlükəsizliyi, həm də əhalinin sosial rifahı baxımından bu məhsulun qiymət sabitliyinin qorunmasına çalışır.
Digər tərəfdən, ölkədə əhalinin sayının və istehlakın artması da bazarda əlavə tələbat yaradır. Çörəyə olan tələbin yüksəlməsi uzunmüddətli perspektivdə qiymətlərin formalaşmasına təsir edən amillərdən biri kimi çıxış edir.
Ümumilikdə, mövcud iqtisadi şərait qiymət artımı riskini tam aradan qaldırmasa da, dövlətin həyata keçirdiyi tənzimləyici tədbirlər və dəstək proqramları sayəsində yaxın dövrdə ciddi bahalaşma gözləntiləri yüksək deyil. Bununla belə, bazarda mərhələli və məhdud qiymət artımlarının baş verməsi mümkündür".
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.