Türkiyə Azərbaycandan təbii qaz idxalını artırdı
27 May 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
895
22.09.2025, 14:44
29-30 sentyabr 2025-ci il tarixində paytaxt Bakıda nüfuzlu “INMerge” İnnovasiya Sammiti-2025 baş tutacaq. PAŞA Holdinq-in təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi texnoloji yeniliklər, startaplar və innovativ həlləri təşviq etmək, eləcə də müxtəlif ölkələri təmsil edən iş adamları və investorların şəbəkələşməsinə dəstək olmaqdır. Sammit çərçivəsində fintex, telekommunikasiya, elektron ticarət kimi sahələrdən olan innovatorlar, investorlar və sahənin nüfuzlu liderləri Bakı Konqres Mərkəzində bir araya gələcək.
Bu il sammit çərçivəsində sosial məsuliyyət sahəsində önəmli əməkdaşlıq elan edilib. Belə ki, tədbirin rəsmi sosial tərəfdaşı Qırmızı Ürəklər Fondu seçilib. Bununla da sammit çərçivəsində satışa çıxarılan brendləşmiş geyim, aksesuar kimi promo məhsulların satışından əldə olunan gəlirlər Fonda ianə ediləcək. Bu təşəbbüslə sammit iştirakçıları və tərəfdaşlarına sosial layihələrə birbaşa töhfə vermək imkanı yaradılacaq.
Qeyd edək ki, “Red Hearts” – “Qırmızı Ürəklər Fondu” 2020-ci ildə “Kapital Bank”ın bir qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlayıb. Həmin ildə dövlət qeydiyyatına alınan fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. “Qırmızı Ürəklər Fondu”nun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına daxil ola bilərsiniz.
23:30 / 27 May 2026
1
23:09 / 27 May 2026
48
23:05 / 27 May 2026
133
23:01 / 27 May 2026
55
22:43 / 27 May 2026
63
22:41 / 27 May 2026
78
22:35 / 27 May 2026
296
22:31 / 27 May 2026
66
22:25 / 27 May 2026
76
22:15 / 27 May 2026
68
22:11 / 27 May 2026
97
21:53 / 27 May 2026
569
21:23 / 27 May 2026
84
21:18 / 27 May 2026
316
21:16 / 27 May 2026
80
21:05 / 27 May 2026
563
20:53 / 27 May 2026
85
20:51 / 27 May 2026
97
20:41 / 27 May 2026
120
20:33 / 27 May 2026
817
20:29 / 27 May 2026
95
20:25 / 27 May 2026
105
20:12 / 27 May 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.