Qaynar xətt:

(+99450) 247 90 86

Bitcoindən  şok bahalaşma 

İQTİSADİYYAT

1125

14.07.2025, 11:09

Binance kriptovalyuta birjasının məlumatına görə, iyulun 14-nə keçən gecə Bitcoin kriptovalyutasının məzənnəsi 120.000 dolları ötüb.

Oxu24.com    xəbər  verir   ki, Bakı vaxtı ilə saat 09:30-a olan məlumata görə, bitkoinin qiyməti 122 min dolları ötüb.

Bir neçə gündür davam edən bu kriptovalyutanın məzənnəsindəki artımı Reuters qeyd edib, analitiklər bunu institusional investorların Bitcoin-ə marağı ilə əlaqələndirirlər.

Reuters xatırladır ki, 2025-ci ilin əvvəlindən Bitcoin-in dəyəri demək olar ki, 25% artıb. Bu kriptovalyuta mayın 22-də əvvəlki 110.000 dollar həddini keçib.

Nigar