Azərbaycan nefti ucuzlaşdı
19 İyul 2025, 14:11
Qaynar xətt:
(+99450) 247 90 86Yaxın Şərqdə gərginlik və neft bazarı
İQTİSADİYYAT
201
19.06.2025, 09:33
Yaxın Şərq dünyanın enerji siyasətində mühüm rol oynayan bir bölgədir. Bu regionda baş verən hərbi, siyasi və diplomatik gərginliklər qlobal enerji bazarına, xüsusilə də neftin qiymətinə birbaşa təsir göstərir.
Son günlər İran və İsrail arasında artan gərginlik bu baxımdan xüsusi diqqət mərkəzindədir. İranın nüvə proqramı, İsrailin cavab tədbirləri və regiondakı digər maraqlı tərəflərin iştirakı, dünya iqtisadiyyatında ciddi narahatlıqlara səbəb olur.
Nəzər salsaq görərik ki, İran neft bazarında strateji oyunçudur. İran, dünyanın ən böyük neft və təbii qaz ehtiyatlarına sahib ölkələrdən biridir. ABŞ və Avropa İttifaqının sanksiyaları səbəbindən İranın neft ixracı azalsa da, o, hələ də Çin və bəzi Asiya ölkələri vasitəsilə bazarda yer tutur. Münaqişə halında İranın Hörmüz boğazını bağlamaqla hədələməsi, bu strateji boğaz vasitəsilə nəql olunan neftin (qlobal təchizatın təxminən 20%-i) təhlükə altında qalması deməkdir.
Münaqişə bütün Yaxın Şərq regionuna yayılarsa belə halda neft hasilatı və nəqli ciddi təhlükə altına düşər.Tarixi təcrübələrə əsasən, belə münaqişə xəbərləri investorlar arasında panikaya səbəb olur, nəticədə "təhlükəsiz liman" investisiyaları artır və enerji ehtiyatlarına tələbat yüksəlir.
Əgər İran Hörmüz boğazını bağlayarsa, bu, gündəlik 17-20 milyon barrel neftin bazara çıxmasının qarşısını alar. Bu, qiymətlərdə rekord artım yarada bilər. Belə bir ssenaridə neftin qiyməti 150-200 dollar/barel səviyyəsinə qədər qalxa bilər.
Belədə neft ixrac edən ölkələr və şirkətlər daha təhlükəsiz marşrutlara yönəlməyə çalışar, bu isə nəql xərclərinin artmasına və qiymətlərin qeyri-sabitləşməsinə səbəb ola bilər. Münaqişənin uzunmüddətli olması neft hasilatına texniki və struktur zərbələr vura bilər. Habelə bu vəziyyət enerji siyasətində qlobal dəyişikliklərə yol aça bilər. Belə olarsa alternativ enerjiyə keçid sürətlənər, qlobal neft ehtiyatlarının diversifikasiyası vacibləşər, ABŞ və digər ölkələr strateji ehtiyatlarını bazara çıxara bilər.
Ölkəmiz üçün də bu münaqişənin təsirləri ola bilər. Neft ixracından ciddi şəkildə asılı olan ölkə üçün qlobal qiymət artımı gəlir baxımından müsbət olsa da, bazardakı qeyri-sabitlik və potensial regional risklər diqqətlə izlənilməlidir.
Həmçinin oxuyun
Nəticə olaraq İran-İsrail münaqişəsi Yaxın Şərqdə sadəcə iki ölkənin qarşıdurması olmaqdan daha çox, qlobal enerji təhlükəsizliyi və iqtisadi sabitlik məsələsidir. Bu münaqişənin alovlanması neftin qiymətində kəskin artıma, bazarların çalxalanmasına və beynəlxalq münasibətlərdə yeni gərginlik mərhələsinə səbəb ola bilər. Qlobal enerji siyasətçiləri və investorlar üçün bu vəziyyəti proqnozlaşdırmaq və hazırlıqlı olmaq həyati əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki, hazırda İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,79 ABŞ dolları və ya 5% artaraq, 79,58 dollar/barel təşkil edib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,82 dollar və ya 5,13% bahalaşaraq 78,25 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 3,71 dollar və ya 16,18% artaraq, 63,72 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən "Dated Brent" markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 3,84 dollar və ya 5,22% artaraq, 77,47 dollar/barel təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
01:00 / 22 İyul 2025
Rusiyada ard-arda güclü zəlzələlər oldu
38
00:26 / 22 İyul 2025
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
105
23:38 / 21 İyul 2025
İsti havada səhnə geyimi bəyənilmədi
95
23:27 / 21 İyul 2025
AZAL təyyarəsini vuran şəxsin - FOTOSU
128
22:28 / 21 İyul 2025
Razılıq əldə olundu - “Patriot”lar Ukraynaya göndərilir
42
22:00 / 21 İyul 2025
Bakıda gənc motosiklet qəzasında öldü, sürücü ayaqlarını itirdi
50
21:15 / 21 İyul 2025
Novxanı çimərliyində növbəti bədbəxt hadisə
56
20:59 / 21 İyul 2025
Britaniyadan Rusiyaya ağır sanksiya
54
20:46 / 21 İyul 2025
"Həmin müğənnilər "qara siyahı"dadır"
59
20:36 / 21 İyul 2025
Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu
67
20:23 / 21 İyul 2025
Yerin altında həcmi 200 milyon ton olan enerji anbarı tapıldı: Harda yerləşir?
58
20:16 / 21 İyul 2025
Polşada Avropanın ən böyük neft və qaz yataqlarından biri kəşf edildi
63
19:40 / 21 İyul 2025
Prezident İlham Əliyevin III Qlobal Media Forumunda çıxışı dünya mediasının diqqət mərkəzindədir
56
19:25 / 21 İyul 2025
Süni intellekt "whatsapp" mesajlarımızı oxuya bilər? - Şəxsi məlumatlar təhlükədə
61
19:14 / 21 İyul 2025
Tramp Obamanın "həbs"dən VİDEOsunu paylaşdı
64
18:54 / 21 İyul 2025
Alma yeyən əsgəri vuran gizir cəzalandırıldı
70
18:49 / 21 İyul 2025
Ərdoğandan Zəngəzur dəhlizi açıqlaması
176
18:26 / 21 İyul 2025
Bu həftə dəhşətli maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
71
17:53 / 21 İyul 2025
Azərbaycan Prezidentinin köməkçisinin adından saxta açıqlama yayılıb
226
17:49 / 21 İyul 2025
Prezident milli mətbuatın 150 illik yubileyi münasibətilə media nümayəndələrini təltif edib
86
16:40 / 21 İyul 2025
Ukrayna Rusiya pilotsuz təyyarələrinin öhdəsindən gələ bilmir
77
16:34 / 21 İyul 2025
DTX tərəfindən saxlanılan “Abu Malik”in - Fotosu
519
16:20 / 21 İyul 2025
Çərpələng uçuşu qadağan edildi
81
16:12 / 21 İyul 2025
Putin fərman imzaladı
93
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.