Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyevin bacısı oğluna vəzifə verildi

İDMAN

2119

14.05.2018, 18:54

\"\" Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib. MOK-un mətbuat xidmətindən Oxu24.com-a verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda EOC-un iclası çərçivəsində keçirilib. Toplantıda EOC-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycanı A.Əliyevdən əlavə, EOC İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib. Qeyd edək ki, 2019-cu ildə EYOF Bakıda təşkil olunacaq. Günün təklif olunan videosu: https://www.youtube.com/watch?v=g1-RzuVv8ac