“Qarabağ”da barışıq: Qurbanov Elvini geri qaytardı - Gözlənilməz zəng
01 May 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
200
01.05.2026, 21:59
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən avarçəkmə və kanoe üzrə Prezident Kuboku-2026 beynəlxalq reqatası başa çatıb.
Oxu24.com xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən son yarış günündə idmançılarımız 1 qızıl, 1 gümüş, 2 bürünc olmaqla 4 medal qazanıblar.
İkinəfərlik kayak qayığında 2008-2009-cu il təvəllüdlü idmançılar arasında 200 metr məsafəyə yürüşdə Tengiz Qaqnidze - Qiyas Əhmədov cütü qızıl medala layiq görülüb.
Eyni yürüşdə Niyaz Məlikov - İvan Vorobyanski cütü ikinci yer tutub. Sənan Cəfərzadə ilə Tahir Mövsümov 2010-2011-ci il təvəllüdlü idmançılar arasında ikinəfərlik kayakda 1000 metr məsafəyə yarışda üçüncü yerə layiq görülüblər.
Komandamıza daha bir medalı ikinəfərlik akademik avarçəkmədə 1500 metr məsafəyə yürüşdə Azər İlyasov - Tunar Məmmədzadə cütü qazandırıb. Onlar 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Həmçinin oxuyun
Beləliklə, Azərbaycan komandası “Prezident Kuboku-2026” beynəlxalq reqatasını 2 qızıl, 3 gümüş, 4 bürünc olmaqla, 9 medalla başa vurub.
20-dək ölkədən 100-dən artıq idmançının mübarizə apardığı reqatada komanda hesabında Gürcüstan həm akademik, həm də kanoe növündə kuboka sahib olub.
Xatırladaq ki, “Prezident Kuboku 2026” beynəlxalq reqatası Cənab Prezident Prezident İlham Əliyevin tapşırığı ilə ilk dəfə Sərsəng su anbarından başlayıb. Yarışlar Suqovuşan və Mingəçevirdə davam edib.
23:50 / 01 May 2026
149
23:39 / 01 May 2026
40
23:29 / 01 May 2026
43
23:21 / 01 May 2026
142
22:53 / 01 May 2026
168
22:36 / 01 May 2026
203
22:25 / 01 May 2026
353
22:20 / 01 May 2026
202
22:11 / 01 May 2026
409
21:57 / 01 May 2026
63
21:48 / 01 May 2026
133
21:44 / 01 May 2026
62
21:40 / 01 May 2026
67
21:35 / 01 May 2026
69
21:33 / 01 May 2026
87
21:30 / 01 May 2026
80
21:27 / 01 May 2026
77
21:22 / 01 May 2026
253
21:16 / 01 May 2026
373
21:10 / 01 May 2026
430
21:04 / 01 May 2026
205
20:57 / 01 May 2026
98
20:53 / 01 May 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.