Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
8899
01.05.2026, 21:16
Azərbaycanda pensiyaların bölgələr üzrə fərqli tarixlərdə ödənilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Xüsusilə, vətəndaşların maliyyə öhdəlikləri – kredit ödənişləri, kommunal xərclər və gündəlik tələbat fonunda bu fərqlər narazılıq yaradır.
Bəs pensiyaların bütün ölkə üzrə eyni vaxtda və ya maksimum 1–2 gün fərqlə verilməsi nə dərəcədə realdır?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, əslində pensiyalar eyni gündə ödənilməlidir və bu məsələdə fərqlərə yol verilməsi doğru yanaşma deyil.
“Bütün vətəndaşların gözlədiyi konkret tarix mövcuddur və bu onların maliyyə planlamasında mühüm rol oynayır. Burada hər hansı şəkildə belə fərqə yol verilməməlidir. Çünki bütün vətəndaşların gözlədiyi dəqiq vaxt var. Həm kreditlərin ödənilməsi, həm borclar və zəruri tələbatla bağlı məsələlər gündəmə gəlir. Texniki imkanlar da bir daha gözdən keçirilməli, eyni vaxtda və ya qısa aralıqlarla da olsa, yaxın vaxtlarda verilməsi hər kəs üçün daha ədalətli addımdır.”
Qeyd edək ki, hazırda Azərbaycanda pensiyaların ödənişi regionlara görə mərhələli şəkildə həyata keçirilir. Bank infrastrukturunun genişləndirilməsi və rəqəmsal ödəniş sistemlərinin inkişafı gələcəkdə pensiyaların vahid tarixdə verilməsi imkanlarını artıra bilər.
03:10 / 12 Noyabr 2026
18
01:25 / 12 Noyabr 2026
97
00:55 / 12 Noyabr 2026
107
00:43 / 12 Noyabr 2026
105
00:35 / 12 Noyabr 2026
229
00:33 / 12 Noyabr 2026
105
00:27 / 12 Noyabr 2026
114
00:24 / 12 Noyabr 2026
126
00:19 / 12 Noyabr 2026
138
00:17 / 12 Noyabr 2026
188
00:11 / 12 Noyabr 2026
133
23:54 / 11 Noyabr 2026
115
23:52 / 11 Noyabr 2026
119
23:50 / 11 Noyabr 2026
142
23:45 / 11 Noyabr 2026
1061
23:28 / 11 Noyabr 2026
112
23:24 / 11 Noyabr 2026
121
23:18 / 11 Noyabr 2026
134
23:09 / 11 Noyabr 2026
131
23:03 / 11 Noyabr 2026
118
23:01 / 11 Noyabr 2026
142
22:55 / 11 Noyabr 2026
117
22:38 / 11 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.