SON DƏQİQƏ! Yeni sədr təyinatı baş tutub +FOTO
01 May 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
68
01.05.2026, 21:27
Bakıda Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusundakı III Forum çərçivəsində rəqəmsal mühitdə təhlükəsizlik və maarifləndirmə məsələləri diqqət mərkəzində olub.
Oxu24.com xəbər verir ki, Forumun “Rəqəmsal mühitdə gözlənilməz risklər: zərərli informasiyaya qarşı birgə mübarizə” mövzusundakı panel sessiyasında dövlət rəsmiləri və ekspertlər informasiya təhlükəsizliyi, kiber-savadlılıq və gənc nəslin qorunması yollarını geniş müzakirə ediblər.
Vəfa İsgəndərova: "İnformasiya Bolluğu Sosial Məsuliyyət Tələb Edir".
Sessiyanın moderatoru, Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsinin rəhbəri Vəfa İsgəndərova giriş nitqində informasiya əlçatanlığının yaratdığı fəsadlara toxunub. O qeyd edib ki, müasir dövrdə informasiya çoxluğu yalnız imkanlar deyil, həm də ciddi təhdidlər yaradır:
“Bu gün informasiya əlçatanlığı bir çox mənfi nüansları da özü ilə gətirib. Dezinformasiya, kiber təhlükəsizlik problemləri, ailə institutuna və həssas qruplara qarşı yönələn təhdidlər, bulinq və mobinq kimi hallar bizim “yaralı yerimizdir”. Bununla mübarizə artıq yalnız texniki məsələ deyil; bu, həm də sosial məsuliyyət, dövlət siyasəti və ən əsası geniş maarifləndirmə məsələsidir”.
Vəfa İsgəndərova bu sahədə preventiv addımların vacibliyini vurğulayaraq, müzakirələri məhz təhsil və maarifləndirmə müstəvisinə yönəldib.
Ayla Həsənova: "Rəqəmsal savadlılıq artıq icbari tədrisin ayrılmaz hissəsidir".
Müzakirələrdə çıxış edən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova nazirlik tərəfindən həyata keçirilən layihələr və gələcək hədəflər barədə ən xırda detallarına qədər məlumat verib.
Ayla Həsənova qeyd edib ki, 2004-cü ildən başlanan İKT təminatı proqramı son 10 ildə böyük vüsət alıb:
“2018-ci ildə hər 32 şagirdə bir kompüter düşürdüsə, 2025-ci ilin statistikasında bu rəqəm 7 şagirdə enib. 2026-cı ilin sonuna qədər isə hədəf 6 şagirdə 1 kompüter nisbətinə çatmaqdır.
Ölkədəki 4500-dən çox (rəsmi 4400-dən bir az artıq) məktəbin 90%-dən çoxu internetlə təmin edilib. Onların 2500-dən çoxu genişzolaqlı fiber-optik, digərləri isə simsiz internetlə təchiz olunub.
Azərbaycan Təhsil Şəbəkəsi daxilində xüsusi mexanizmlər vasitəsilə zərərli məzmunların filtrlənməsi və internet sorğularının süzgəclənərək geri göndərilməsi təmin olunur ki, bu da şagirdlərin təhlükəsizliyini qoruyur”.
O qeyd edib ki, Bakıda 42 məktəbdə 6500 şagirdlə başlayan layihə hazırda 59 rayon və şəhəri, 772 məktəbi və 530 mindən çox şagirdi əhatə edir. Burada 2-9-cu siniflər pilot layihə iştirakçıları, 9-11-ci siniflər isə rəqəmsal bacarıqlar təmayüllü siniflərin şagirdləridir:“Şagirdlər kiçik yaşlarından proqramlaşdırma, kibertəhlükəsizlik və kiber-cinayətkarlığa qarşı maarifləndirilir. 2019-cu ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə başlanan layihə hazırda 300 mindən artıq şagirdi əhatə edir. Bu yanaşmanın gələcəkdə kurikulumun əsas hissəsi olması və bütün tədrisin multidissiplinar STEAM əsaslı olması planlaşdırılır”.
Ayla Həsənova rəqəmsal savadlılığın artırılması üçün keçirilən kütləvi tədbirləri xüsusi vurğulayıb:
“2025-ci ildə keçirilən bu yarışmada 400 minə yaxın şagird qeydiyyatdan keçərək iştirak edib. Şagirdlər xüsusi platformada təhlükəsiz mühitdə maarifləndirici oyunlar və video-resurslarla təmin olunublar. Hazırda Teams.edu.az, E-derslik, Video.edu.az kimi platformalarda 30 mindən çox elektron maarifləndirici resurs yerləşdirilib və bunlar hər bir şagird və tələbə üçün tam açıqdır. Ötən ildən Bakıda tətbiq edilən bu platforma şagird, müəllim, valideyn və məktəb rəhbərliyini vahid idarəetmə mərkəzində birləşdirir. Hazırda digər dövlət qurumları ilə birgə bu platforma üçün valideynlərin də maarifləndirilməsinə xidmət edəcək yeni resurslar hazırlanır”.
Ali təhsil müəssisələrində də işlərin sürətlə getdiyini deyən A.Həsənova innovasiya mərkəzlərinin açılmasını və "biznes-sənaye-dövlət üçbucağının" qurulmasını bu fəaliyyətin qlobal çağırışlara cavab verməsi üçün əsas addım hesab edib.
Ayla Həsənova qeyd edib ki, bütün bu layihələr ölkənin sosial-iqtisadi inkişaf strategiyasında yer alıb və onların davamlılığı tam təmin olunacaq.
Həmçinin oxuyun
Hazırladı: Çimnaz Telmanqızı
22:47 / 01 May 2026
6
22:36 / 01 May 2026
138
22:25 / 01 May 2026
162
22:20 / 01 May 2026
153
22:11 / 01 May 2026
226
21:59 / 01 May 2026
140
21:57 / 01 May 2026
37
21:48 / 01 May 2026
100
21:44 / 01 May 2026
45
21:40 / 01 May 2026
47
21:35 / 01 May 2026
45
21:33 / 01 May 2026
65
21:30 / 01 May 2026
60
21:22 / 01 May 2026
181
21:16 / 01 May 2026
245
21:10 / 01 May 2026
323
21:04 / 01 May 2026
183
20:57 / 01 May 2026
83
20:53 / 01 May 2026
54
20:49 / 01 May 2026
55
20:47 / 01 May 2026
153
20:40 / 01 May 2026
73
20:29 / 01 May 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.