Avtomobil yollarında görünüş məsafəsinin 1000 metrədək məhdudlaşacağı gözlənilir
14 İyun 2026, 01:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
763
01.05.2026, 21:30
Oxu24.com xəbər verir ki,sessiya çərçivəsində moderator Vəfa İsgəndərovanın "Uşaqların psixoloji, sosial, informasiya təhlükəsizliyi ilə bağlı hansı mexanizmlər mövcuddur?" sualını Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov geniş şəkildə cavablandırıb.
Elgün Səfərov bildirib ki, uşaq hüquqlarının müdafiəsi ilə 11 dövlət qurumu məşğul olur və məqsəd sağlam rəqəmsal mühitin ("digital environment safe") yaradılmasıdır.
"Biz burada bir neçə səviyyəli bölgü etməliyik. Reallıq budur ki, xüsusilə uşaqlara qarşı yönələn risklərin qarşısını hökumət təkbaşına ala bilməz. Komitə 2022-ci ildən hakatonlar keçirir, 'Simart', 'Elektron Simart' kimi yüzlərlə layihəmiz var. Lakin preventiv mexanizmləri qiymətləndirməliyik”.
Şöbə müdiri sosial şəbəkələrdəki risklərin artıq dövlət səviyyəsində qərarlarla tənzimləndiyini vurğulayıb. Belə ki, Avstraliya, İspaniya və Fransanın sosial şəbəkələrdə tətbiq etdiyi məhdudiyyətlər Azərbaycanda da nəzərə alınır:
“2018-ci ildə hazırlanan "Uşaqların zərərli məlumatdan qorunması haqqında" qanundan sonra, parlamentdə uşaq hüquqları haqqında yeni nəsil qanun qəbul edilib.
Roblox-da zorakılıq faktlarının reklamı ilə bağlı müraciətlər gəlir. Biz TikTok, Meta və Roblox-la əməkdaşlıq edirik. Onların Azərbaycanda rəsmi operatorları açılmalıdır. Bizim çağırışlarımıza və qanun pozuntularına reaksiya verməyən platformaların fəaliyyəti Azərbaycanda məhdudlaşdırılmalıdır. Çünki, prioritetimiz uşaqlarımızdır”.
Elgün Səfərov bəzi media qurumlarının fəaliyyətini tənqid edib:
“Google-da “qadın oğru” axtarışı versək 10 mindən çox nəticə çıxır. Niyə cinayət faktında cinsiyyət qeyd edilir? Bu, ayrı-seçkilikdir. Ümumiyyətlə, nə “kişi”, nə də “qadın” yazılmamalıdır. Cinayət işi bitməyənə qədər bəzi mətbuat qurumları yetkinlik yaşına çatmayanların ad-soyadını, ata adını, ünvanına kimi qeyd edirlər. Bu, qanun pozuntusudur. Məsuliyyətə yalnız məhkəmə qərarı ilə cəlb olunmalıdırlar. Qohum nigahı, uşaq nigahı və intihar halları bəzi saytlarda marketinq predmeti kimi reklam şəklində paylaşılır. Biz bunun qarşısını almalıyıq. Ailənin maraqlarının qorunması strateji məsələdir. Komitə 2021-ci ildən bloggerlərlə rəsmi əməkdaşlığa başlayan ilk qurumdur və onların da media strukturları kimi bu sahəyə töhfə verməsi tələb olunur”.
Onun sözlərinə görə, statistik rəqəmlər göstərir ki, 10, 14 və 18 yaşa qədər uşaqların elektron xidmətlərdən istifadə sayında hələ istədiyimiz nəticəni almamışıq. Bu ildən yeni layihələr və reklam işləri başlayıb:
“Uşaqlar üçün Azərbaycan dilində istənilən səviyyədə onlayn resurs yoxdur. Bu, biznes təşkilatlarına ciddi bir çağırışdır”.
Hazırda yeni strategiya layihəsinin hazırlandığını deyən E.Səfərov gələcək məqsədləri açıqlayıb:
* Kiberbullinq və kiber-cinayətkarlıqla mübarizənin növbəti mərhələyə keçməsi.
* Kod yazan nəsil: "Bizim uşaqlardan gözləntimiz odur ki, 10-14 yaşdan özləri rəqəmsal resursların yaradıcısı olsunlar, kod yazsınlar və Azərbaycan bazarını idarə etsinlər”.
Uğurlu Statistikalar
Komitə rəsmisi bəzi müsbət göstəriciləri də iştirakçılarla paylaşıb:
•Bələdiyyələrdə qadınların sayı 4%-dən 39%-ə yüksəlib.
* Qadın sahibkarların sayı 4%-dən 25%-ə çatıb.
* Azərbaycanda qadınların rəqəmsal texnologiyalara əlçatanlığı dünya ortalamasından (2%) daha yüksəkdir.
* "Rəqəmsal Ailə" və UNESCO ilə birgə keçirilən ilk qadın hakatonu bu istiqamətdə mühüm addımlardır.
Sonda Elgün Səfərov vurğulayıb ki, ailə siyasəti dövlətin mərkəzindədir və 2 milyondan çox ailənin həm ölkədə, həm də xaricdə hüquqlarının qorunması üçün dövlət qurumları vahid koordinasiya şəklində mübarizə aparmalıdır.
Çimnaz Telmanqızı
01:43 / 14 İyun 2026
1
01:38 / 14 İyun 2026
76
00:05 / 14 İyun 2026
118
23:39 / 13 İyun 2026
90
23:13 / 13 İyun 2026
91
22:56 / 13 İyun 2026
95
22:52 / 13 İyun 2026
78
22:34 / 13 İyun 2026
83
21:57 / 13 İyun 2026
163
21:47 / 13 İyun 2026
79
21:33 / 13 İyun 2026
96
21:12 / 13 İyun 2026
92
21:02 / 13 İyun 2026
91
20:53 / 13 İyun 2026
138
20:12 / 13 İyun 2026
1313
20:06 / 13 İyun 2026
2519
19:54 / 13 İyun 2026
137
19:37 / 13 İyun 2026
128
19:27 / 13 İyun 2026
159
19:22 / 13 İyun 2026
97
19:00 / 13 İyun 2026
118
18:34 / 13 İyun 2026
92
18:17 / 13 İyun 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.