Prezident Ombudsmanların Beynəlxalq Bakı Sammitinin iştirakçılarına müraciət edib
18 İyun 2026, 11:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
738
01.05.2026, 21:57
“Təbii ki, biz keçmişin acı, qanlı xatirələrini heç vaxt unuda bilmərik. Cənab Prezident də öz çıxışlarında dəfələrlə qeyd edib ki, biz işğal dövrünü heç vaxt unutmayacağıq”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, işğal dövrünün acı nəticələrindən biri də məhz itkin düşmüş şəxslər məsələsidir: “Belə ki, bu günə qədər 4000-ə yaxın vətəndaşımızın taleyi barəsində hələ də heç bir məlumat yoxdur. Onların əksəriyyətini məhz mülki şəxslər təşkil edir. Təəssüflər olsun ki, 30 il ərzində Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi üçün əlavə imkanlar yaradılmış və mandatının da əsasını məhz humanitar məsələlər təşkil etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən çoxsaylı məlumatlar toplanılsa da, onlar işlərini axıra qədər başa çatdırmamışlar, onların üzərinə düşən mandat sona qədər yerinə yetirilməyib. Bu məsələ bu günə qədər açıq qalmaqda davam edir”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan bu məsələ ilə bağlı Ermənistana müxtəlif kanallarla müraciət edib: “Hətta sonuncu dəfə Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycanda olarkən onlara da müraciət etdik ki, müxtəlif hal şahidlərinin ifadələri, onların məlumatları əsasında Azərbaycan tərəfinə məlumat versinlər. Çünki ailələr hələ də öz yaxınları barədə məlumat gözləyirlər. Bununla belə, cənab Prezidentin yaratdığı şərait, verdiyi tapşırıqlara uyğun olaraq, Azərbaycan Respublikasının müvafiq Dövlət Komissiyası tərəfindən aparılmış axtarışlar nəticəsində bir sıra vətəndaşlarımızın qalıqları tapılıb və onların kimliyi müəyyən edilib. Amma hələ də qarşımızda böyük iş durur. Yenə də qeyd etmək istərdim ki, Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu işlər 30 il ərzində həyata keçirilməli olduğu təqdirdə, onlar bu işləri görməyiblər. Ən azından onların gördüyü işləri biz qənaətbəxş hesab etmirik. Belə ki, xalqımızın və vətəndaşlarımızın bu məsələdə haqlı gözləntiləri olub”.
11:21 / 18 İyun 2026
1
11:16 / 18 İyun 2026
21
11:15 / 18 İyun 2026
29
10:55 / 18 İyun 2026
58
10:42 / 18 İyun 2026
62
10:38 / 18 İyun 2026
70
10:29 / 18 İyun 2026
78
10:28 / 18 İyun 2026
86
10:20 / 18 İyun 2026
70
10:16 / 18 İyun 2026
65
10:06 / 18 İyun 2026
95
09:49 / 18 İyun 2026
73
09:45 / 18 İyun 2026
69
09:44 / 18 İyun 2026
73
09:12 / 18 İyun 2026
73
01:32 / 18 İyun 2026
152
00:29 / 18 İyun 2026
210
23:39 / 17 İyun 2026
344
23:17 / 17 İyun 2026
310
23:10 / 17 İyun 2026
282
22:30 / 17 İyun 2026
247
22:16 / 17 İyun 2026
163
21:52 / 17 İyun 2026
136
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.