Azərbaycan şahmatçısı Nərmin Abdinova Avropa çempionatında qızıl medal qazanıb
11 Noyabr 2026, 22:07
Qaynar xətt:
(+99450) 247 90 86
İDMAN
818
23.04.2026, 13:35
Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Sabah” öz meydanında “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə finala yüksəlib. Həlledici oyunda “Zirə” ilə qarşılaşacaq “Sabah”ın bu qələbəsi və matçın idarəçiliyi ətrafında mübahisələr səngimək bilmir.
Xüsusilə oyunun son dəqiqələrində Kamilo Duranın zərbəsindən sonra topun Velko Simiçin əlinə dəyməsi və baş hakim Rəvan Həmzəzadənin penalti qərarı verməməsi gərginliyi pik həddə çatdırıb. Matçdan sonra “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç kəskin etirazlarına görə qırmızı vərəqə ilə cəzalandırılıb.
Mövzu ilə bağlı tanınmış futbol jurnalisti Elçin Cəfərov Oxu24.com-a xüsusi şərh verərək, hakimlik fəaliyyətini və mübahisəli epizodları dəyərləndirib.
Elçin Cəfərov son dəqiqələrdəki səs-küylü penalti epizodu ilə bağlı hakimin qərarını belə şərh edib:
"Penalti epizoduna gəldikdə, UEFA tərəfindən ölkələrin Hakimlər Komitəsinə verilən son təlimatlar və təkmilləşdirilmiş qaydalar var. Həmin epizodda müdafiəçinin əli açıq olsa da, məsafə çox yaxın idi. Belə yaxın məsafədən gələn toplarda hakimin penalti təyin etməməsi tamamilə doğru qərar idi”.
O qeyd edib ki, “Qarabağ”lı futbolçuların kəskin etirazı daha çox oyunun ümumi gərginliyindən qaynaqlanırdı, lakin texniki baxımdan penalti yox idi.
Penalti epizodunda hakimi müdafiə etsə də, E. Cəfərov qapıçı Mateuş Koxalskiyə verilən qırmızı vərəqənin yanlış olduğunu vurğulayıb:
“Türkiyəli FİFA referisi Dəniz Atəş Bitnelin də rəyinə əsasən, həmin epizod qırmızı deyil, sarı vərəqə ilə qiymətləndirilməli idi”.
Rəvan Həmzəzadənin və xüsusilə VAR otağında əyləşənlərin bu məqamda böyük səhvə yol verdiyi bildirilib.
Jurnalist bildirib ki, hakim qərarları bu mövsüm futbolun keyfiyyətini kölgədə qoyur:
“Təəssüf ki, bu hakim qrupu ilə Biləcəridən o tərəfə getmək mümkün deyil. Azərbaycan hakimliyində inqilab effekti yaradan ciddi dəyişikliklər olmalıdır”.
Çimnaz Telmanqızı
07:20 / 12 Noyabr 2026
1
03:10 / 12 Noyabr 2026
121
01:25 / 12 Noyabr 2026
175
00:55 / 12 Noyabr 2026
153
00:43 / 12 Noyabr 2026
139
00:35 / 12 Noyabr 2026
346
00:33 / 12 Noyabr 2026
132
00:27 / 12 Noyabr 2026
143
00:24 / 12 Noyabr 2026
169
00:19 / 12 Noyabr 2026
171
00:17 / 12 Noyabr 2026
277
00:11 / 12 Noyabr 2026
165
23:54 / 11 Noyabr 2026
144
23:52 / 11 Noyabr 2026
142
23:50 / 11 Noyabr 2026
170
23:45 / 11 Noyabr 2026
1446
23:28 / 11 Noyabr 2026
134
23:24 / 11 Noyabr 2026
147
23:18 / 11 Noyabr 2026
161
23:09 / 11 Noyabr 2026
151
23:03 / 11 Noyabr 2026
142
23:01 / 11 Noyabr 2026
165
22:55 / 11 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.